Modern.az

Saakaşvili: “Poroşenko mənə baş nazir postunu təklif etdi”

Saakaşvili: “Poroşenko mənə baş nazir postunu təklif etdi”

Dünya

13 Dekabr 2017, 10:59

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili prezident Pyotr Poroşenkonun ona baş nazir postunu təklif etdiyini yazıb.

Modern.az Ukrayna KİV-nə isitnadən xəbər verir ki, o bu barədə “Zik” telekanalına müsahibəsində deyib.

 

“Poroşenko tez-tez Arseniy Yatsenyuka işarə edirdi ki, növbəti baş nazir mən olacam. Bundan xəbər tutanda Poroşenkoya “Pyotr Alekseeviç, doğurdan bunu söyləmisiniz?”-deyə sual verdim və o cavabında “Niyə də yox?” cavabını vermişdi”.

 

Saakaşvili bu təkliflə razı olmadığını da prezidentin diqqətinə çatdırıb. Mixail Saakaşvili Ukraynanın baş naziri olmağa hazır olduğunu dilə gətirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!