Modern.az

İstanbulda Qüdsə görə xarici işlər nazirlərinin toplantısı keçirilir 

İstanbulda Qüdsə görə xarici işlər nazirlərinin toplantısı keçirilir 

Aktual

13 Dekabr 2017, 11:10

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı çərçivəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı keçirilir.

 

Modern.az xəbər verir ki, yığıncaqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

Daha sonra dövlət başçılarının görüşü təşkil ediləcək.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür