Modern.az

Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” ÇAĞIRIŞI  

Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” ÇAĞIRIŞI  

Ədəbi̇yyat

13 Dekabr 2017, 11:24

Üzeyir  Hacıbəyli “İrşad” qəzetinin 1906-cı il 9 mart tarixli 64-cü nömrəsinin 1-2-ci səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə çap etdirdiyi “Biz hamımız qafqazlı balalarıyıq” sərlövhəli məqaləsində proqressiv, demokratik, internasional görüşlərini təqdim etmişdir. O, qafqazlı balalarını səadətə, xoşbəxtliyə, məhəbbət və sevgiyə, həmrəyliyə və həmməsləkliyə çağırmışdır. O yazırdı: “Biz hamımız Qafqaz balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatlmız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Biz hamımız Qafqaz balalarıyıq. Həmrəylik, həmfikirlik, həmməsləklik, həmkarlıq bunlar hamısı bizim vəzifeyi-müqəddəsələrimizdən ədd olunsun gərək. Əks surətdə heç bir işimiz düz gətirməz, taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır. Biz bunu isbat etməliyik”. Üzeyir Hacıbəylinin bu fikirləri elə bil bu gün üçün söylənilibdir. İndi də qafqazlıların nicatları ittifaqdadır, onların həmrəy, həmfikir, həmməslək, həmkar olmaları müqəddəs işləridir. Ancaq həmişə olduğu kimi, indi də Qafqazda qafqazlılar arasında nifaq və ədavət toxumu səpən erməni adlı bir millət var. Ermənilərin qərəzli, məkirli niyyətləri və fəaliyyətləri qafqazlılar arasındakı məhəbbəti pozur, bu xalqların xoşbəxt olmalarına maneçilik yaradır. Əgər ermənilər Qafqazda bu milli ədavəti qızışdırmasaydı, əsassız iddialara düşməsəydi, xalqları üz-üzə qoymasaydı, onda görün ki, Qafqazda vəziyyət necə yaxşı olardı. Münaqişənin, qərəzin, əsassız iddiaların kökündə dayanan ermənilər özləri ilə Qafqaza böyük bir bəla gətiriblər. Bu bəlanın acı nəticələrini qafqazlılar hələ də yaşayırlar. Allah bu ermənilərə ağıl verməyibdir ki, heç olmasa, özlərinin rahatlığı naminə sakit yaşasınlar, başqa xalqlarla işləri olmasın, başqa xalqları ziddiyyətə çəkməsinlər. Ancaq təəssüflər olsun ki, erməni xisləti ermənilərin səmimi olmalarına, canlarının rahatlığına imkan vermir. Onları gözləyən bəlanın nə qədər acınacaqlı olacağını duymayan ermənilər, xüsusilə də onların başbilənləri Qafqazın qədrini və Qafqaz xalqlarının qədrini haradan bilər? Onlar Qafqaz xalqlarının ittifaqının yaranmasını haradan anlayar? Ermənilər haradan bilər ki, onlar Qafqazda bir barıt çəlləyi kimi həmişə təhlükə mənbəyidir. Ermənilərin bu xislətini çox yaxşı bilən Üzeyir Hacıbəyli keçmişi unutmağı, keçənə güzəşt etməyi, gələcəyin dərdinə qalmağı lazım bilirdi. O bunu da yaxşı bilirdi ki, ermənilər nə keçmişə güzəşt edir, nə də gələcəyin dərdinə qalır. Odur ki, Üzeyir Hacıbəyli Qafqaz balalarına müraciət etməklə, əslində erməniləri insafa, mürvətə, həmrəyliyə çağırırdı. O yazırdı: “Bəs, himmət edəlim, qeyrət edəlim! Qafqaz balaları! Keçən keçdi. Keçənə güzəşt deyərlər, keçmişi unudaq, gələcəyin dərdinə qalmaq lazımdır. Görürsünüz ehtiyaclarımız, zərurətimiz hamısı birdir. Gənə nə lazım isə, mənə də o lazımdır. Mənə nə lazım isə, sənə də o lazımdır. Ehtiyaclarımız yetişibdir, rəf etmək lazım, rəf edilməsə nəyə məhkum olduğumuzu pişəz vaxt bilmirsiniz, düşünürmüsünüz.


Ehtiyacatımızın rəfi də qafqazlılar, özümüzün himmət və qeyrətinə bağlıdır. Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır, xoşbəxtliyimizi, səadətimizi arzu ediriksə, əlimizdən gələni himmət və qeyrəti müzayiqə etməyək!” Görəsən bu cür düşünən erməni yazıçısı olmuşdurmu? Görəsən bu cür yanğı ilə qafqazlıların probleminə yanaşan erməni ziyalısı olmuşdurmu? Görəsən Qafqazın taleyini, xoşbəxtliyini, gələcəyini bu cür anlayan erməni  başbilənləri varmı? Olsaydı, yəqin ki, Qafqaza xor baxanlar da olmazdı, Qafqazı müharibə, münaqişə yuvasına çevirənlər də olmazdı. Bu gün dünyada müxtəlif birliklər, cəmiyyətlər, qurumlar, təşkilatlar və s. vardır. Erməni xisləti imkan verməsəydi, Qafqaz regionunda qafqazlıları birləşdirən qurumlar, təşkilatlar, cəmiyyətlər yarana bilərdi. Və onlar da Qafqazı dünyanın bir parçası olaraq hər yerdə təmsil edər, regionun nüfuzunu artırar, siyasi, iqtisadi, mədəni, elmi mühitin daha da inkişaf etməsinə nail olardılar. Doğrudan da, erməni xisləti Qafqazın inkişafına bir əngəl olubdur. Görün Üzeyir Hacıbəyli məsələyə necə dürüst mövqedən yanaşır: “Biz Qafqaz balalarıyıq, bizim ümumi məktəblərimiz, mədrəsələrimiz, qəzetələrimiz olmalıdır. Ümumi ittifaqlar, ictimalar, məclislər qurub ehtiyaclarımızı, hər bir dərdimizi müzakirə edib, əlaclar aramalıyıq. Biz öz ruhani və cismani qüvvələrimizi bir yerə qatıb hanki bir yolda sərf etsək muradımıza nail olarıq.


Bundan belə bizim “lozunq” virdi zəbanımız bu olmalıdır ki, birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik”.


Ermənilərin yazıçıları, şairləri, ziyalıları, ictimai-siyasi xadimləri həmişə araqızışdıran yazıları, çıxışları və mövqeləri ilə Qafqazın qana çalxalanmasına nail olublar. Onların qərəzli münasibəti təkcə azərbaycanlılara qarşı deyil, həm də gürcülərədir. Ermənilər gürcülərə də torpaq iddiasındadırlar. Erməni ziyalılarının, yazıçılarının, şairlərinin, ictimai-siyasi xadimlərinin məqalələri, çıxışları nəinki erməni-müsəlman münaqişəsini, həm də Qafqaz regionundakı münaqişələri qalamaq üçün kibrit rolunu oynayıbdır. Axı erməni xisləti heç zaman imkan verməyibdir ki, Qafqazdakı xalqlar arasında birlik yaransın. Ancaq bu birliyin tərəfdarlarından biri kimi Üzeyir Hacıbəyli “Biz hamımız qafqazlı balalarıyıq” felyetonunda yazırdı: “Qəzetələrimiz naməlum və biməna mübahisələri, nəfəs qaldıran məqalələri, araqızışdıran mükalimələri tərk edib ittifaqa dair səmimiyyət qoxulu məqalələr yazsalar və ittifaq fikrini qüvvədən felə gətirəcək təriq və vasitələri əvama bəyan və izaha başlasalar, az çəkməz ki, öz məqsədi – alilərinə nail olarlar”.


Üzeyir Hacıbəyli azərbaycanlıların (Üzeyir Hacıbəyli azərbaycanlıları müsəlmanlar adlandırır) hər bir işdə ittifaqda ola bildiklərini deyir. Ancaq bir məsələdə qüsur olduğunu söyləyir. Bu da bir işi görmək istəyəndə başqalarının bu işə maneçilik etməsidir. O, “İrşad” qəzetinin 1906-cı il 14 mart tarixli 67-ci nömrəsinin 2-ci səhifəsində “Ü.Hacıbəyli” imzası ilə çap etdirdiyi “Məruzələrimizdən biri” adlı məqaləsində yazır: “Birimiz bir iş tutmaq istədikdə digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə sən, yaxud biz bacarası iş deyil – deyə bu işdən sərf-nəzər etməyi dəxi tövsiyə edirik. Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam edibdir. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhamı – rəbbani ilə) o işlərdən bir şey çıxmayacağını qəti xəbər verib, “çünki” müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmarıq kimi cəbunlara məxsus bir naümidsizliyə bunu da əlavə edirik”. Deməli, Üzeyir Hacıbəyli bir erməni bir iş görəndə başqa bir erməni tərəfindən kömək aldığını, ittifaq yaratdığını nəzərdən qaçırmır. Yəni o, ermənilərin bir-birinə kömək etdiklərini, arxa, dayaq olduqlarını ittifaqda bulunduqlarını da erməni xisləti kimi nəzərə çatdırır. Ancaq müsəlmanlar (azərbaycanlılar) bir-birinə kömək etməkdə, arxa və dayaq olmaqda cürətsiz, aciz olurlar. Doğrudan da, ermənilər həmişə bir-biri ilə ittifaqdadır. Ancaq müsəlmanlar (azərbaycanlılar) bir-biri ilə ittifaq etməyi bacarmırlar. Müsəlmanların bu xisləti onların irəli getməsinə həmişə maneçilik yaradır. Ermənilərin bir-biri ilə ittifaqda olmaları isə onları irəli aparır. Bununla belə, ermənilər öz maraqları, məqsədləri naminə heç kəsə, o cümlədən qafqazlılara güzəştə getmirlər. Milli maraqları naminə özlərini üstün tutur, özlərini bəyənirlər.


Üzeyir Hacıbəyli “İrşad” qəzetinin 1906-cı il 22 mart tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap etdirdiyi “Ordan-burdan” felyetonunda yazır: “Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər...” Üzeyir Hacıbəyli yazır ki, “erməni müsəlman ilə savaşdı”. Ancaq o, bu savaşın sonu barədə heç nə demir. Yəni sülh oldu, ya olmadı, yaxud da sülh olacaqmı və s. Bununla da Üzeyir Hacıbəyli ermənilərin müsəlmanlarla savaşının sonu görünmədiyinə işarə edir. O, erməni psixologiyasını yaxşı bildiyinə görə onların niyyətində sülh olmadığına işarə edir.


Ermənilərin havadarları səs-küy salır, aranı qatırlar...


Ermənilərin özləri də, onların havadarları da faktları təhrif etməyi sevirlər. Onlar təhrif olunmuş faktlarla başlarını dolandırır, həm də çoxlarının başını qatırlar. Tarixboyu belə olub, indi də belədir. Odur ki, Üzeyir Hacıbəyli 1906-cı ildə “İrşad” qəzetində çap etdirdiyi “Ordan-burdan” felyetonunda bu məqamı diqqətindən yayındırmır. O yazır: “Amma müsəlmanların dürlü-dürlü “dostları” vardır. Ha! Uzaq “dost”, yaxın “dost”, laübali “dost”... kefin istəyən “dost!” Kutayisin sabiq qubernatoru Staroselski həzrətləri də, görünür ki, müsəlmanların “dostu” imiş!. Qafqaza əlvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski “dostluq” vəzifəsini ifa etmə niyyətilə Peterburqda “ictimai və siyasi klub”da müsəlmanları tərif və tovsifə başlayıbdır. Deyibdir ki: “müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdırlar, hökumət də bunu bilir, onları sairlərin üstünə qısqırır”. Lakin bunun səbəbini cənab Staroselski bəyan etmək istəməyibdir, çünki o surətdə sözlərinin şayani etibar olduğuna xələl yetərdi. Nə lazım?..” Üzeyir Hacıbəylinin bu felyetonunda bəzi fikirlərin açıqlamasına və onların cavablarına ehtiyac yaranır. Birincisi, müsəlmanların dürlü-dürlü “dostları”nın olması. Özü də uzaq “dost”, yaxın “dost”, kefin istəyən “dost”. Belə uzaq, yaxın, kefin istəyən “dostlar”ımız  indi də var. Hətta felyetonda qeyd olunan Kutaisinin sabiq qubernatoru Staroselski kimi də “dostlar”ımız indi də az deyil. Onlar da Staroselski kimi Rusiyaya, eləcə də başqa ölkələrə gedəndən sonra “dostluq” vəzifələrini yerinə yetirirlər. Başlayırlar müsəlmanlar (azərbaycanlılar) barədə mənfi rəylər yaratmağa. Necə ki “20 Yanvar”, “Xocalı” faciələrini istədikləri kimi yozurlar, heç bir şeyin səbəbini və nəticəsini düzgün izah etmirlər. Ümumiyyətlə, səbəbin mahiyyətinə varmırlar, nəticəni isə istədikləri kimi yozurlar. Məqsədli şəkildə müsəlmanları aşağılayır, onları vəhşi, qanmaz kimi təqdim edirlər. Bu gün özünü mütərəqqi hesab edən bir sıra dövlətlərin siyasətində bu cür mövqe aparıcı rol oynayır. Bax həmin “dostluq” tarixən olub və indi də var. Belə bir “dostluq” barədə Üzeyir Hacıbəyli yaxşı deyir: “Lakin buna “dostluq” deməzlər, əli dinc durmayıb salba (selbə) atmaq deyərlər. Amma, hər “dostumuz” bizə bir salba atsa, bizdə baş-göz qalmaz...”

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!