Modern.az

Deputat Almaniyada qadınlara çağırış etdi

Deputat Almaniyada qadınlara çağırış etdi

Aktual

13 Dekabr 2017, 11:43

“Dekabrın 9-11-i tarixlərində Almaniyanın Köln şəhərində “Qadınlar müharibənin kölgəsi” adı altında beynəlxalq konfrans keçirilib.

 

Tədbirdə Nobel Sülh Mükafatçıları laurenatları Tavakkol Karaman və Denisa Baloyi və bir sıra ölkərdən məşhur qadınlar, hökumət rəsmiləri iştirak edirdilər.

 

Mən də 25 ilə yaxın müdətdə Qarabağ müharibəsini yaşayan ölkənin deputatı və qadını kimi dəvət olunmuşdum. Konfransda 15-ə yaxın konflikt bölgəsi olan ölkələrdən nümayəndələr iştirak edirdilər”.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib.

 

Deputat bildirib ki, konfransda müharibə cinayətlərinə qarşı qəbul edilən qətnamələrin həyata keçməməsi ilə bağlı beynəlxalq təşkilatlar çox tənqid olundu.

 

“Bildirilib ki, BMT daxil bir sıra beynəlxalq təşkilatlarda hərbi , müharibə zamanı qadınlara, uşaqlara və mülki insanlara qarşı törədilən cinayətləri özündə əks etdirən qətnamələr qəbul edilib. Amma indiyə qədər bu qətliamları törədənlərə qarşı heç bir iş görülmür.

 

Mən də 25 ilə yaxın müddətdir ki, torpaqlarımızın işğal olunduğunu, Azərbaycan həqiqətlərini, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzkar hərbi cinayəti ilə bağlı tədbir iştirakçılarına məlumat verdim. Beynəlxalq təşkilatların məsuliyyətsizliyini, dünya ictimaiyyətinin bu cinayətlərə qarşı susmasını , konkret işlərin görülmədiyini bildirdim. Ermənistan kimi işğalçı dövlətə qarşı prinsipial və real mübarizə aparılması ilə bağlı beynəlxalq ictimaiyyəti birliyə çağırdım. Dünya qadınlarını Ermənistan kimi işğalçı dövlətə qarşı mübarizəyə çağırdım.

 

Bildirdim ki, Qarabağ müharibəsi zamanı ata-baba yurdunu tərk edən bir milyondan çox məcburi köçkünlərimizin 50 faizindən çoxu qadınlardır. Bu qadınlar 25 ilə yaxındır ki, öz yurdlarından didərgin düşüblər. Həmçinin 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdim. Tədbirdə işğal, terror görən ölkələrin tanınmış qadınları da çıxış edəndə də hər birinin sözünün sonu belə idi: “Yetər artıq, beynəlxalq ictimaiyyət susdu!”

 

Deputat deyib ki, beynəlxalq təşkilatlar istədiyi zaman qəbul etdikləri qətnaməni bir günün içərisində icra edirlər.

 

“Onlar Azərbaycan, Ukrayna, Gürcüstan və sair ölkələrlə bağlı qətnamələri qəbul etməklə öz işlərini bitmiş hesab edirlər. Belə çıxır ki, beynəlxalq təşkilatlar dünyanın bir sıra super gücləri olan ölkələrin maraqlarını müdafiə etməklə məşğuldurlar. Gözdən pərdə asmaq, ədalət imici yaratmaq üçün imitasiya edib bir sıra qətnamələr qəbul edirlər.

 

BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanla bağlı 4 qətnamə qəbul edib. Ancaq 25 ilə yaxın müddətdir ki, bu qətnamələrin icrası gözə dəymir.

 

Tədbirdə çıxış edən Nobel Sülh Mükafatçıları, məşhur qadınlar beynəlxalq təşkilatlara müraciət etdilər. Son nəticə olaraq isə qərara alındı ki, müharibələrə, terrora qarşı qadınların mübarizəsi davamlı olsun və gələcək üçün fəaliyyət planı hazırlansın”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı