Modern.az

Trampın müşavirindən Rusiya və Çinə ittiham

Trampın müşavirindən Rusiya və Çinə ittiham

Aktual

13 Dekabr 2017, 13:30

ABŞ prezidenti  Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Reymond Makmaster Rusiya və Çini Amerika üçün "revizionist güclər" kimi xarakterizə edib.  Herbert Reymond Rusiya və Çini ABŞ-ın müstəqilliyi və azadlığı üçün təhdid olaraq görüb.

 

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o bildirib ki, geosiyasət  soyuq müharibədən sonra intiqamla geri qayıdır. 


“Çin və Rusiya beynəlxalq nizamı və sabitliyi pozur. Onlar qonşularını suveren hüquqlardan  və qanunun aliliyindən məhrum edirlər".

 

Onun sözlərinə görə, Rusiya bir çox sahədə fəaliyyət göstərən sivilizasiya vasitələrindən istifadə edərək, müəyyən yollarla müxtəlif böhranlar yaratmağa çalışır.

 

Bildirib ki, Rusiya İkinci Dünya Müharibəsindən bəri  ilk dəfə  Ukraynada və Gürcüstanda  Avropanın sərhədlərini zorla dəyişdirib.

 

“Bununla yanaşı Çin, iqtisadi qanunlara meydan oxumaq üçün "iqtisadi zoakılıq" ilə məşğul olur”- o bildirib.

 

Nəzrin CAVİD

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar