Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı qeyd edilən məhsulun saxta olduğu müəyyən edilib. Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.
Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası aparılıb.
Aparılmış ekspertiza nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, “pH” göstəricisinin qələvi mühitə yaxın olması, sıxlığının aşağı olması və nümunənin qeyri-steril olması müəyyən edilmişdir. Oftalmoloji istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin qeyri-steril olması yolverilməzdir. Nəticə etibarilə, nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və insan sağlamlığı üçün təhlükəli hesab edilir:
"Bütün bunları nəzərə alaraq, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib".
Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”
Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir
Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər
Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı
Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı
Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”
Prezident İlham Əliyev Türkiyəyə gedib
Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI
Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR
Ramiz Mehdiyev daha bir eks-məmuru "vurdu": “...rüşvətxorluğa son qoyulmalıdır”
Manatın sabahkı MƏZƏNNƏSİ
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO
Serj Sarkisyan yetim qaldı – Anası da öldü
Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
Fransadan Novruz Məmmədova təbrik gəldi
1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı
Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR
AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb
Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
Ərdoğan ermənilərə başsağlığı verdi
Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
Ramiz Mehdiyev Nazim İbrahimovu İTTİHAM ETDİ
İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar
Hüseyn Abdullayevin saxlandığı yer məlum oldu - Vəkili DANIŞDI
Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”
Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib
Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ
Kadırov Trampla Merkeli hədələdi
“Həsənağa Turabovun ətrafındakı adamlar qəsdən ona səhv məlumat verirdilər, aktyor da hirslənirdi”
Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?
Fransa prezidentindən İlham Əliyevə TƏBRİK - Qarabağla bağlı mesaj verdi
Trampla Makron ağac əkdi - FOTO
Nazir müavini deputatlara çağırış etdi
Şərh yaz