2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olub. Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 11 ayda ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12 faizi ticarət müəssisələri, 53,9 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7 faiz, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalar üzrə 1,5 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 30 862,8 | 102,3 |
o cümlədən: | ||
ərzaq məhsulları | 14 188,6 | 102,0 |
içkilər və tütün məmulatları | 1 435,2 | 100,9 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 667,2 | 103,1 |
elektrik malları və mebellər | 1 930,8 | 102,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 228,2 | 101,5 |
əczaçılıq və tibbi mallar | 423,2 | 101,4 |
avtomobil yanacağı | 1 651,0 | 99,8 |
digər qeyri-ərzaq məhsulları | 5 338,6 | 103,6 |
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
Zakir Həsənov Çinə səfər edəcək
Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Prezident Administrasiyası köçürüləcək - YENİ BİNA TİKİLİR
Bu yolda hərəkət məhdudlaşdırılacaq
DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
Yerevanın mərkəzinə zirehli texnika yeridildi
Manatın sabahkı MƏZƏNNƏSİ
“Onlar Prezidentin etimadını doğruldacaqlar”
Bakıda daha bir piyada ölümü
İlham Əliyev Ankaradan dünyaya mesaj verdi
Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi
Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA
Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB
Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”
Diaspor üçün nə etməliyik?
Azərbaycan-Türkiyə sənədləri imzalandı
Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ
“Artıq gənc kadrlar daha çox irəli çəkilir”
Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
Formula 2 çempionatının 2-ci turunun gündəliyi AÇIQLANDI
Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
BDU-da SABAH qrupları Bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib
Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər
İŞİD-in topladığı sərvətin həcmi AÇIQLANDI
2 nəfər Vəkillər Kollegiyasına üzv oldu
Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü
Bakı sakinləri hökumətdəki kadr dəyişiklikləri haqda DANIŞDILAR - VİDEO
Şəmkirdə maşın ağaca dəydi - ölən var
Taliban yeni müharibəyə başladı
Şərh yaz