Modern.az

Bakıda məhbusun ölüm səbəbi məlum oldu - Yenilənib

Bakıda məhbusun ölüm səbəbi məlum oldu - Yenilənib

13 Dekabr 2017, 19:51

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib. Modern.az xəbər verir ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.

Penitensiar Xidmətdən bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

18:03

 

Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.

 

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

 

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.

 

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!