Modern.az

Ərəbistanda qadınlara daha bir qadağa aradan qaldırılır

Ərəbistanda qadınlara daha bir qadağa aradan qaldırılır

Aktual

13 Dekabr 2017, 18:35

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.

 

Modern.az-ın məlumatına görə, təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.

 

Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı