Modern.az

Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım ilə görüşüb

Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım ilə görüşüb

13 Dekabr 2017, 18:42

Dekabrın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Kroftsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələrdən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunmuşdur.

 

Nazir Əbülfəs Qarayev ölkələr arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsindən söz açmışdır. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülmüşdür. Nazir ölkəmizin mütəmadi olaraq Londonda keçirilən  “WTM” beynəlxalq turizm sərgilərində iştirakı, bu çərçivədə turizmin inkişafı istiqamətində həyata keçirilən ikitərəfli görüşlər və təqdimatlar haqqında nümayəndə heyətini məlumatlandırmışdır. Bununla yanaşı, ölkəmizin regionlarının geniş turizm potensialına malik olduğu qeyd olunmuş, Şahdağ Turizm Mərkəzində yeni mövsümün açılışından bəhs olunmuşdur.

 

Böyük Britaniyanın səfiri xanım Karol Krofts qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və ikitərəfli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd etmişdir. Səfir həmçinin, ölkəmizin zəngin mədəniyyət və turizm potensialının olduğunu xüsusilə vurğulamışdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir