Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Avrasiya Əməkdaşlıq Fondunun birgə işçi qrupu yaradılacaq

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Avrasiya Əməkdaşlıq Fondunun birgə işçi qrupu yaradılacaq

20 Noyabr 2009, 18:18

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev noyabrın 20-də Avrasiya Əməkdaşlıq Fondunun prezidenti George Zarubinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Şura sədri Azay Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün QHT-lərə hərtərəfli dəstək məqsədilə yaradılmış qurumun keçirdiyi maliyyə müsabiqələri,  beynəlxalq təşkilatlarla əlaqələri və müştərək layihələri haqda danışaraq qonaqlara ətraflı məlumat verib.  

Görüşdə Azərbaycanda QHT-lər üçün yeni standartlar və davranış etikasının formalaşdırılmasında  Şuraya dəstək verilməsi və digər əməkdaşlıq məsələləri üçün Fond və Şura təmsilçilərindən  ibarət işçi qrupun yaradılması qərara alınıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu