Modern.az

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

Aktual

14 Dekabr 2017, 12:31

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Modern.az nazirliyə istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi “Shacman” və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə K.Qəhrəmanov və sərnişinləri - Tural Əsgərov və qardaşı Elçin hadisə yerində ölüblər.

 

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür