Modern.az

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

Aktual

14 Dekabr 2017, 12:36

Bir müddət əvvəl “Azərbaycan” Nəşriyyatında çalışanların ayaqyolu problemindən narazılıq etdiklərini xəbər vermişdik. O zaman ayaqyollarındakı bərbad vəziyyətlə bağlı açıqlama verən Nəşriyyat rəsmiləri bildirmişdilər ki, problemin aradan qaldırılması üçün vəsait lazımdır.

Modern.az saytı yenidən “Azərbaycan” Nəşriyyatı ilə əlaqə saxlayıb.

“Nəşriyyatın baş mühəndisi Ləbib Ləbibov Modern.az-a  açıqlamasında artıq təmir işlərinə start verildiyini deyib.


“Nəşriyyatın təmir olunmasına qərar vermişik. İmkan daxilində təmir etməyə başlamışıq. Bir neçə il bundan qabaq nəşriyyatın təmir edilməsi barədə təkliflər səsləndi, məsələ gündəmə gəldi. Sonradan bir xəbər çıxmadı. Hazırda nəşriyyatın təmir olunması daxili imkanlar hesabına həyata keçirilir”.

Baş mühəndisin sözlərinə görə, təmir işlərinə heç bir redaksiya cəlb olunmayıb.

“Nəşriyyatda çoxlu sayda redaksiyalar fəaliyyət göstərir. Təmir məsələsinə heç bir redaksiyanın aidiyyatı yoxdur. İdarə heyəti nəşriyyatın 5-ci mərtəbəsində yerləşir. Qalan mərtəbələrdə isə redaksiyalardır. Biz redaksiyada çalışan insanların rahatlığını nəzərə alaraq əsaslı təmirə başlamışıq. Bundan sonra Nəşriyyatın təmizliyi barədə problem olmayacaq. Daha doğrusu, buna imkan vermərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar