Modern.az

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

14 Dekabr 2017, 12:53

Azərbaycanda İslam dinini siyasiləşdirməyə cəhdlər olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, bəzi şəxslər təsir altına düşərək radikallığa meyllənir: "Biz bunu 2015-ci ildə Nardaran hadisələrində gördük. İnformasiya əsri olmasına baxmayaraq bəziləri müəyyən qüvvələrin təsiri altına düşür, bu da acı nəticə verir. Heç kim Azərbaycanda dindarların məscidə getməsini yasaqlamır. Sadəcə din pərdəsi altında radikallar cəmiyyətin bəzi nümayəndələri təsir altına salır".

 

S.Heydərov bildirib ki, təəssüflər olsun ki, Azərbaycandan 900 nəfər başqa ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulub: "Onlardan 300 nəfər öldürülüb, 205 nəfərin vətəndaşlığı ləğv edilib, 95 nəfər isə məsuliyyətə cəlb edilib"

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər