Modern.az

AFFA-nın ömürlük cəza kəsdiyi futbolçular apellyasiya şikayəti verdilər  

AFFA-nın ömürlük cəza kəsdiyi futbolçular apellyasiya şikayəti verdilər   

Aktual

14 Dekabr 2017, 14:43

Bir müddət öncə AFFA adı danışılmış oyunlarda hallanan futbolçular haqda sərt qərar qəbul etdi.  Beləki, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edildi. Qərarda həmçinin qeyd edildi ki, tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Modern.az saytı futbolçuların  apellyasiya şikayəti  verib-vermədiklərini öyrənib.

Mirhüseyn Seyidov saytımıza açıqlamasında apellyasiya üçün bu gün müraciət etdiklərini bildirib:


“Elə bu gün Nizami Hacıyevlə birlikdə  apellyasiya şikayəti üçün müraciət etdik. Hələ ki nəsə demək mümkün deyil. Hər şey AFFA rəhbərliyinin əlindədir. İnşallah, bizim üçün xeyirlisi olar və cəzamız yüngülləşdirilər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir