Modern.az

ADU-nun rektoru rus dili səfirləri ilə görüşüb

ADU-nun rektoru rus dili səfirləri ilə görüşüb

14 Dekabr 2017, 18:08

Dekabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən 11 nəfər rus dili səfiri ilə görüşüb.

 

Öncə rektor K.Abdulla görüşdə iştirak edən Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterovu təqdim edib. O, bildirib ki, A.Nesterov həftə ərzində universitetin professor-müəllim heyəti ilə görüşlər keçirib, tələbələrə mühazirələr oxuyub. Daha sonra rus dili səfirlərini universitetdə görməkdən şad olduğunu deyən rektor bu gənclərin fəaliyyətini yüksək qiymətləndirib.Dünyada rus dilinin təbliğ edilməsində bu layihənin vacibliyindən danışan rektor layihənin gənclər arasında yaxın dostluq əlaqələri ilə yanaşı, xalqların dostluğuna da zəmin yaratdığını vurğulayıb. ADU-da Rusiyaşünaslıq elmi-tədqiqat laboratoiyasının açıldığını deyən rektor K.Abdulla əməkdaşlıq çərçivəsində daha çox layihələrin birgə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. O, gələcəkdə qarşılıqlı münasibətlərə əsasən rus dilinin öyrədilməsinin daha geniş müstəvidə təşkil olunmasının zəruriliyindən danışıb.

 

A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun əməkdaşı, metodist Tatyana Kudoyarova Azərbaycanda və ADU-da olmaqdan sevinc hissi keçirdiklərini söyləyib. Azərbaycanlıların rus dilini sevdiklərini və öyrənməyə çalışdıqlarını deyən metodist ADU tələbələrinin bu dərslərdə fəallıq və maraq göstərdiklərini qeyd edib. Layihə haqqında məlumat verən T.Kudoyarova bu vasitə ilə ölkələrarası tarix, mədəniyyət və dil sahələrində mübadilə aparıldığını bildirib.O,layihənin ADU-da uğurla həyata keçirilməsində xoş münasibətinə, yardımına və yaratdığı şəraitə görə universitet heyətinə minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikasında “Dünyada rus dili səfirləri” beynəlxalq könüllülük proqramının təhsil və maarifləndirici ekspedisiyasının təşkilinə göstərdiyi yardıma görə rektor Kamal Abdulla, Rusiyaşünaslıq ELT-nin əməkdaşı Diana Hüseynzadə, Qrantlar və layihələr şöbəsinin müdiri Səbinə Feyzullayeva, həmin şöbənin əməkdaşı Ramin Səmədov, Biliyin qiymətləndirilməsi və monitorinqi şöbəsinin mütəxəssisi Səbinə Nurəliyevaya, tələbələrdən Kamal Novruzov və Aidə Əliyevaya isə tərcüməçi kimi göstərdikləri yardıma görə təşəkkürnamə verilib. Proqramda iştirak edən tələbələr sertifikatla təltif olunub.

Daha sonra “Bir günlük xəlifə” layihəsi çərçivəsində 13 dekabr 2017-ci il tarixində rektor vəzifəsini icra edən Təhsil fakültəsinin III kurs tələbəsi Nicat Aşurov rus dili səfirlərinə hədiyyələr təqdim edib.

Sonda rus dili səfirləri rus dilində mahnılar ifa ediblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi