Modern.az

Azərbaycan nefti bir az da ucuzlaşdı

Azərbaycan nefti bir az da ucuzlaşdı

Aktual

14 Dekabr 2017, 23:12

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 65,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,41 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 64,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 61,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 13-də 63,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir