Modern.az

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür

Aktual

15 Dekabr 2017, 00:07

Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür. Modern.az xəbər verir ki, həmin gün 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

 

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

 

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz – operator

 

İtkin düşən  "Neftçi"lərdən dörd nəfəri ələt qəsəbəsinin sakinləri olub. Allah rəhmət eləsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır