Modern.az

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır

15 Dekabr 2017, 00:45

Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 

Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi. 

 

“Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, - deyə D.Tusk “Twitter” hesabında qeyd edib.

 

Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir