Modern.az

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı  

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı   

Aktual

15 Dekabr 2017, 08:37

Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisdən Modern.az-a daxil olan məlumatına görə, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında” qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək. Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, hazırda “Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?