Modern.az

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək

Aktual

15 Dekabr 2017, 09:31

Azərbaycan – Rusiya dövlət sərhədi ərazisindəki Samur çayı üzərindəki avtomobil körpüsünün tikintisinin bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək.

Modern.az-ın məlumatına görə, bu barədə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası), "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.

Belə ki, avtomobil körpüsünün tikintisi üzrə bütün xərcləri, sonradan xərclərin 50 faizi Rusiya tərəfindən qaytarılmaqla Azərbaycan tərəfi ödəyir. Avtomobil körpüsünün tikintisini Azərbaycan tərəfi, tikintiyə nəzarəti Rusiya tərəfi həyata keçirir. Avtomobil körpüsünün giriş yollarının tikintisi hər bir tərəf öz dövlətinin ərazisində müstəqil olaraq həyata keçirir. Tikintiy işləri üzrə xərclər Azərbaycan manatı ilə, tikintiyə nəzarətin aparılması  işləri üzrə isə xərclər Rusiya rublu ilə ödənilir.

Qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?