Modern.az

Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödənilməsində pozuntulara yol verib

Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödənilməsində pozuntulara yol verib

15 Dekabr 2017, 12:11

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən iki bankın müştərilərinə kompensasiya ödənilməsi zamanı bəzi pozuntulara yol verilib.

 

Modern.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib.

 

V.Gülməmmədov qeyd edib ki, hazırda ADIF-də auditlər davam etdirilir.

 

"Yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatdırılıb. Və müəyyən olunub ki, fond tərəfindən iki bankın müştərilərinə ödənilən kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib".

 

O əlavə edib ki, bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi