Modern.az

Ləman Ələşrəfqızı: “Mənim üçün ən yaxşı təbrik bilirsiniz nədir...” - AD GÜNÜ  

Ləman Ələşrəfqızı: “Mənim üçün ən yaxşı təbrik bilirsiniz nədir...” - AD GÜNÜ   

15 Dekabr 2017, 12:58

Bu gün tanınmış jurnalist Ləman Ələşrəfqızının doğum günüdür. Onun 46 yaşı tamam olub.

Jurnalist doğum günü təəssüratlarını Modern.az saytı ilə bölüşüb. O bildirib ki, doğum gününü qeyd etmir:


“Çünki evimiz təmirdədir və artıq üç aydır evimizdə deyilik. Ona görə fikirləşirəm ki, dekabrın 30-u qızım Nilufərin ad günündə bir yerdə qeyd edək. Mənim üçün ən yaxşı təbrik bilirsiniz nədir? Səhər oyananda “Facebook”u açıram və  elə bilirəm ki, atəşkəs pozulub. Səhifəmdə o qədər təbriklər var ki, gəl görəsən..


Başda ustadım Mirşahin Ağayev olmaqla, hər kəs  gözəl sözlər yazıb. Mirşahin kimi söz adamının mənim haqqımda ən yüksək səviyyədə təbrik yazması, ardınca jurnalistikamızın tanınmış imzalarının təbrikləri sevindirici haldır. Kimi “jurnalistikanın günəşi”,  kimi “jurnalistikanın kraliçası”  deyə xitab edir. Bu, çox gözəldir və həqiqətən də özümü günəş, kraliça kimi hiss edirəm.

Düşünürəm ki, hər il, yaşımın üstünə yaş gəldikcə daha  da gəncləşirəm. Çünki ətrafımda çox gözəl  dostlarım, qələm əhli və ən əsası bir-birinin dəyərini bilən adamlar var. Bu, mənim üçün ən gözəl ad günü hədiyyəsidir”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir