Modern.az

Azərbaycanda 10 min km yolun asfalt örtüyü yoxdur - RƏSMİ  

Azərbaycanda 10 min km yolun asfalt örtüyü yoxdur - RƏSMİ   

İqtisadiyyat

15 Dekabr 2017, 13:50

Azərbaycan Respublikasının avtomobil yolları - Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. Hazırda respublika əhəmiyyətli yolların uzunluğu 20 min kilometrdir.

Bu barədə Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli qeyd edib ki, respublika ərazisindəki yolların əksər hissəsi sovet dövründə salınmış yollardır:


“Ümumilikdə yollar salınarkən əsasən asfalt, beton, çınqıl, torpaq örtüklü olur. Yeni salınanda kəndlərarası yolların asfalt-beton örtüyü olmayıb. Onlar torpaq ya da çınqıl örtüklü olub. Hazırda respublika ərazisindəki bütün yolların uzunluğu 20 min kilometrdir. Həmin yolların da təqribən 50 (10 min km) faizi kəndlərarası yollardır. Nəticə etibarilə məhz həmin yolların asfalt örtüyünə ehtiyacı var.


Ötən ildən etibarən kəndlərarası yolların yenidən qurulmasına başlanılıb. Həm magistral, həm respublika əhəmiyyətli yollarda asfalt örtük yenidən qurulub, yeni tikilib, hazırda tam normal vəziyyətdədir. Hazırda kəndlərarası yolların yenidən qurulmasına, təmirinə böyük diqqət ayrılıb”.

 

Bütün torpaq və çınqıl yolların asfaltla əvəzlənməsinə gəlincə, A.Nəcəfli bunları deyib:

“Yolların hamısının olmasa da, böyük hissəsinin asfaltlanması nəzərdə tutulub. Elə yerlər var ki, orada asfalt örtüyünün vurulması qənaətbəxş deyil. Mühəndislik mövqeyindən yanaşsaq, ora asfalt örtüyü vurulmalı deyil. Çünki tektonik cəhətdən aktiv sahədir, tez-tez yağıntılar baş verir, sel olur, aşınmaya məruz qalır, yaxud ucqar yerdir və s. Belə yerlərə asfalt vursan belə, bir müddət sonra sıradan çıxacaq. Bütün bunlar nəzərə alınaraq, həmin yerlərə asfalt vurulmur. Hazırda respublika ərazisindəki bütün rayonlarda bir yol yenidən qurulur. O yolun təmiri başa çatan kimi ərazidəki digər təmirə ehtiyacı olan əraziyə keçilir. Proses dayanmadan dövr edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir