Modern.az

“Sürətin nəbzini tut” – Jurnalistlərə Formula 1-lə bağlı təlim keçirildi

“Sürətin nəbzini tut” – Jurnalistlərə Formula 1-lə bağlı təlim keçirildi

Aktual

15 Dekabr 2017, 15:20

Bakıda “Sürətin nəbzini tut-2” iki günlük təcrübi təlimi keçirilib.

 

 

Modern.az-ın əməkdaşının da iştirak etdiyi təlim Bakı Şəhər Halqası(BŞH) əməliyyat şirkətinin təşkilatçılığı keçirilib. Bu  2 günlük təlimin məqsədi Formula yarışlarından yazan jurnalistlərin daha da məlumatlandırılmasıdır.

 

Təlimin açılışında çıxış edən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, 2018 Formula 1 Azərbaycan Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai getdikcə bu avtodiman növü, eləcə də Qran Pri yarışları ilə bağlı xəbərlərin yerli mediada daha peşəkar səviyyədə işıqlandırıldığını və bunda jurnalistlər üçün keçirilən xüsusi təlimlərin böyük rolu olduğunu bildirib. 

 

Təlimin ilk günündə  13 dekabrda  “Sky Sports” və “BeIN Sports” telekanallarında Formula yarışlarını işıqlandıran britaniyalı şərhçi Kris Medlənd olub.

 

Kris, təlim zamanı jurnalistlərə Formula yarışlarının qaydaları haqqında məlumat verib. O, Formula yarışlarında tətbiq olunan bayraqlar barədə danışıb. Bu bayraqların nə zaman tətbiq edilməsi barədə məlumat verib.

Bundan başqa Kris, jurnalistlərin yarış zamanı məlumatları necə yayımlamasından danışıb.

  

Akkreditasiya prosesindən danışan ekspert, qeydiyyat şərtləri və qaydalardan danışaraq jurnalistləri səhv etməmək üçün bilgiləndirib.

 

Tədbirin ikinci, günü - 14 dekabrda beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və AzDBTİA-nın “İdman jurnalistikası proqramı”nın rəhbəri Dan Mason təlim keçib.

 

Dan Mason, Formula 1 yarışlarını işıqlandıran jurnalistlərə sosial şəbəkələrin önəmindən danışıb.

 

Daha sonra multimedia proqramlarından danışan Dan, jurnalistlərin proqramı tətbiq etməyini istəyib.

 

Təlim çərçivəsində jurnalistlər təlimçilərə Formula yarışları ilə bağlı suallar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...