Modern.az

Diaspor rəhbəri: "Biz ukraynalı jurnalistlərlə əlaqələrimizi daha da genişləndirəcəyik"

Diaspor rəhbəri:

Aktual

15 Dekabr 2017, 15:15

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynanın aparıcı KİV nümayəndələri ilə şam edib. Modern.az xəbər verir ki, diasporun ofisində baş tutan şam yeməyində Ukraynanın 15-dək aparıcı KİV nümayəndəsi iştirak edib.

 

H.Cavadov UABD-nin fəaliyyəti, görülən işlər və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Diaspor rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna münasibətləri bu gün Prezident İlham Əliyevin sayəsində uğurla davam edir: “Bildiyiniz kimi, dekabrın 12-də Azərbaycan xalqı və dünyada yaşayan azərbaycanlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ilini qeyd etdilər. Heydər Əliyev xalqlarımız arasında münasibətlərin inkişafında və diaspor quruculuğunda əvəzolunmaz xidmətlər göstərib. Biz diaspor fəalları da ümummilli liderin qoyduğu irsi davam etdirir, Prezident İlham Əliyevin  bu sahədə tövsiyələrinə əməl etməyə çalışırıq”.

 

H.Cavadov bildirib ki, ukraynalıları Azərbaycan diasporunun fəaliyyəti və Ukrayna-Azərbaycan dostluğu haqqında məlumatlandırmaq üçün mətbuatla düzgün əlaqə əsas faktorlardan biridir: “Jurnalistlərlə  qurulan düzgün əməkdaşlıq bizə ölkəmizin tarixi haqqında etibarlı məlumatlar verməyə kömək edəcək, digər ölkələrin tarixi faktları təhrif etmə təbliğatına mane olacaqdır. Biz ukraynalı jurnalistlər üçün müntəzəm olaraq tədbirlər keçirməyə və onları azərbaycanlı həmkarları ilə əməkdaşlığa sövq etməyə davam edəcəyik. Qarşıda bizi çoxlu işlər və layihələr gözləyir. Sevindirici haldır ki, ekspertlər Ukrayna və Azərbaycan əlaqələrinin irəliləyişindən, dostluğundan razıdırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!