Modern.az

Azərbaycanda \"İlin ən yaxşı kitabxanası\"nı Siz də tanıyın 

Azərbaycanda \

15 Dekabr 2017, 15:47

Dekabrın 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, kitabxanalar arasında müsabiqənin təşkili məhz vətəndaşların səyyar qəbulu zamanı qaldırılan məsələlərdən biri kimi həyata keçirildi. Nazirlik tərəfindən bu tipli müsabiqələr "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası müddətində davamlı olaraq keçirilib. Bu ənənə yenidən bərpa olunub.

 

Vurğulandı ki, builki müsabiqə əsasən kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil edilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında "İlin ən yaxşı mərkəzi kitabxanası”, "İlin ən yaxşı uşaq şöbəsi" və "İlin ən yaxşı kitabxana filialı" nominasiyaları üzrə keçirilib.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qalibləri təbrik etdi. Bildirdi ki, kitabxana sisteminin daha da inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadənin artırılması günün tələbidir.

 

Nazir kitabxanalara oxucuların marağının artırılması istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinin vacibliyini vurğuladı.

 

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. "İlin ən yaxşı mərkəzi kitabxanası" nominasiyasında Astara rayon Mərkəzi kitabxanası, "İlin ən yaxşı uşaq şöbəsi" üzrə Füzuli rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi və "İlin ən yaxşı kitabxana filialı" nominasiyasında isə Quba rayon MKS-nin Amsar kənd kitabxana filialı qalib oldu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...