20 iyun 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Biz ili uğurla başa vururuq”
İlham Əliyev: “Biz ili uğurla başa vururuq”
15.12.2017, 15:55

“Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının açılış mərasimindəki çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq.

“Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq”.


Azərbaycan Prezidenti deyib ki, son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstərilir və artıq qısa müddət ərzində on xalça fabriki açılıb.

“Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.


Prezident çıxışında daha sonra bildirib:

“Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.

Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.

Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir.

Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.

Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var.

Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.

O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq.

Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir.

Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm".

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 16 mərtəbəli binanı icazəsiz tikimişlər   
20.06.2018, 09:46

Bakıda 16 mərtəbəli binanı icazəsiz tikimişlər  

Təbiətə zərər verənlərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
20.06.2018, 09:40

Təbiətə zərər verənlərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”   
20.06.2018, 09:39

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”  

Ermənistan atəşkəsi 87 dəfə pozdu
20.06.2018, 09:33

Ermənistan atəşkəsi 87 dəfə pozdu

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək
20.06.2018, 09:27

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.06.2018, 09:23

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Azərbaycanda daha 25 şübhəli saxlanılıb
20.06.2018, 09:21

Azərbaycanda daha 25 şübhəli saxlanılıb

Arif Əliyev: “Elçibəyin məndən inciyib-incimədiyini o dünyada özündən soruşacağam” - MÜSAHİBƏ
20.06.2018, 09:06

Arif Əliyev: “Elçibəyin məndən inciyib-incimədiyini o dünyada özündən soruşacağam” - MÜSAHİBƏ

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı
20.06.2018, 00:56

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı

Qriqoryana iki aylıq həbs verildi
20.06.2018, 00:33

Qriqoryana iki aylıq həbs verildi

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib
20.06.2018, 00:20

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı
19.06.2018, 23:57

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı

Bakının iki rayonu susuz qalacaq
19.06.2018, 23:45

Bakının iki rayonu susuz qalacaq

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir
19.06.2018, 23:18

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu
19.06.2018, 22:57

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu
19.06.2018, 22:41

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı
19.06.2018, 22:22

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı

İŞİD liderlərindən biri də məhv edildi
19.06.2018, 22:11

İŞİD liderlərindən biri də məhv edildi

Azərbaycan nefti bahalaşıb
19.06.2018, 21:59

Azərbaycan nefti bahalaşıb

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR
19.06.2018, 21:46

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR

Ağsuda 20 yaşlı qız intihar etdi
19.06.2018, 21:29

Ağsuda 20 yaşlı qız intihar etdi

Erməni hərbçilər qəzaya düşdü
19.06.2018, 21:19

Erməni hərbçilər qəzaya düşdü

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO
19.06.2018, 21:02

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI
19.06.2018, 20:39

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü
19.06.2018, 20:28

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR
19.06.2018, 20:17

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı
19.06.2018, 20:02

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO
19.06.2018, 19:37

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu
19.06.2018, 19:04

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Nazir zəhərlənən pambıqçıların yanına getdi
19.06.2018, 17:48

Nazir zəhərlənən pambıqçıların yanına getdi

19.06.2018, 17:40

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi - Oyunların dəqiq vaxtı məlum oldu - YENİLƏNİB

Çin və Şimali Koreya liderləri görüşdü
19.06.2018, 17:38

Çin və Şimali Koreya liderləri görüşdü

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək
19.06.2018, 17:24

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi
19.06.2018, 17:17

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018, 17:07

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.2%)
Braziliya(20%)
Almaniya(12.3%)
İngiltərə(4.76%)
Portuqaliya(13.3%)
İspaniya(5.71%)
Fransa(4.76%)
Belçika(1.90%)
Seneqal(2.85%)
Rusiya(19.0%)