Modern.az

Xalqın milli sərvətinə çevrilmiş insan

Xalqın milli sərvətinə çevrilmiş insan

15 Dekabr 2017, 16:11

Xalqın milli sərvətinə çevrilmiş insan

 

Minilliklər boyu davam edən dövlətçilik tari­ximizin 35 ili ulu öndər Heydər Əliyevin adı ilə baglıdır. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbə­di, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaran­ması, xalqın təbii və konsti­tusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fər­din özünü vətəndaş olaraq dərk etməsi və millətin mövcud­lu­ğuna qədər inki­şafı kimi şanlı mərhələni əhatə edir.

 

Ulu öndər Heydər Əliyevin müs­tə­qilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prin­si­piallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xal­qının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Bö­yük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə haki­miy­yə­tə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respub­likanın ən qiy­mətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev düha­sının tarixi sı­naq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, Milli Qur­tuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sa­yıl­ma­lıdır.

 

Böyük stra­teqin müdrikliklə formalaşdırdığı milli dövlətçilik modeli spesi­fikliyi və unikallığı ilə fərq­lənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf priori­tetlərini müəy­yən­­ləşdirmiş, demokratik dəyərləri özündə maksimum də­rə­cədə ehtiva etmişdir. Azər­baycanın sürətli inkişafını təmin edən, milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu inkişaf st­ra­­tegiya­sının yal­nız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabit­lik şəraitin­də da­vamlı nəticələr verə biləcəyini diqqətə çəkmişdir. Heydər Əliyev bö­yük uzaq­görənliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu de­mok­­ratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativ­siz inkişaf yolu hesab edir. O, tətbiq olunan hər bir mütərəqqi yeniliyin xal­qın mil­li xüsu­siyyətləri, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib saymışdır: «De­mok­ratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tez­liklə nail olmaq çətindir».

 

Ulu öndər Cənubi Qafqaz regionunu müxtəlif güc mər­kəz­lərinin rəqabət və qarşıdurma meydanına çevrilməsini yolve­rilməz saymış, bölgə döv­lətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdiril­məsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə olmuşdur. Respublikamız ötən il­lər­də təkcə səmərəli iqti­sadi təşəbbüslərlə, konkret enerji-kom­munikasiya layihə­ləri, əlverişli tranzit-kommunikasiya imkanları ilə de­yil, eyni zamanda de­mok­­­ra­tik­ləş­mə xəttinə, Avrat­lantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diq­qə­tini cəlb etmiş, Avropa məkanında etibarlı tərəf­daş imici qazan­mışdır.

 

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla hə­yata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri ax­ta­­rışında olan müasir dünyanın yeni geoiqtisadi xəri­təsinin müəyyənləş­məsinə əsaslı tə­sir göstərən «Əsrin müqavisi» Azərbaycanın siyasi və iqti­sa­di cəhətdən möh­­­kəm­lənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sü­rət­li in­­­teq­­ra­siya­sına da tə­kan vermişdir.

 

Zaman keçdikcə, ölkə və­tən­daşları müstəqil Azərbaycan dövlətçiliyinin me­marı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaq­gö­rən­­liyi sayəsində əfsanədən ger­çəkliyə çev­rilən bu hadisənin siyasi və iqtisadi əhə­­miyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayan­dığını daha dolğun şəkildə dərk edirlər. «Əsrin müqaviləsi»nin fövqəladə əhə­miy­yəti həm də onunla şərtlənir ki, məhz bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə bey­­nəlxalq əməkdaşlığın əsası qoyulmuş, region dövlətlərinin karbo­hid­rogen eh­ti­yatlarının mənimsənilməsi prosesində müsbət presedent yaran­mış, trans­milli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə start veril­miş, ümu­mən regi­onun hər­­tərəfli inkişafında key­fiyyətcə yeni mərhələ başlan­mışdır. Müqa­vilə çərçi­vəsində Qərb şirkətlərinin respublikamıza 20 milyard dol­lar­dan artıq in­ves­tisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya tex­no­logi­ya­la­rını gətirməklə yanaşı, demokratik proses­lərin, hüquqi-siyasi islahat­la­rın sürət­lən­­mə­sinə, vətəndaş cəmiyyətinin for­ma­laş­ma­sına, habelə Av­ropanın nü­fuz­­­lu bey­nəl­­xalq təşkilatları ilə əməkdaşlıq xətti­nin güc­lənməsinə ciddi təkan ver­miş­dir.

 

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.

 

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənə və milli dəyərlərin, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə də xüsusi diqqət yetir­mişdir. Böyük strateq olaraq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi də­yərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çe­virmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diqtələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənələlərə, saf duyğulara qarşı yönəlir. Məhz Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çev­rilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azər­bay­canın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, fokloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Milli ənənə və dəyərlərə sadiqlik əsla Heydər Əliyevin daxili demokratizminin inkarına yönəlməmiş, bu dahi şəxsiyyət düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu sintezini yarada bilmişdir. Ulu öndər öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatı­mıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gedən, bizi dünya xalq­ları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqe­yə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin föv­qün­də saxlayaraq qorumağı bacarmış liderdir.

 

Müstəqil Azərbaycanın regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınması da ulu öndərin tarixi xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik mü­na­sibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəni daim diqqətdə saxlamışdır. Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin – azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nü­ma­yəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi də­yər­lərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin - Azərbaycanın qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir.

 

        Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid mə­ram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, bö­yük ön­dərin  Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incə­lik­lərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siya­sətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğ­rul­dan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 14 ilə yaxın müd­dətdə qəbul etdiyi fun­damental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əli­yevin daim xalqın məna­feyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əmə­li fəaliyyətə, praq­matizmə söykəndiyini, reallığa adekvat olduğunu gös­tər­miş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir. 

«Əsl siyasət konkret real iş görməkdir» devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı bu sahədə  inam­lı addımlar atır. Cənab İlham Əliyev son 14 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamları, habelə praqmatik qərarları, obyektiv reallıqdan irəli gələn ad­dımları dünyanı iflic vəziyyətinə salmış qlobal böh­ranın agır təsirlərindən çıxmaq imkanı  vermişdir.

 

Prezident İlham Əliyevin elə bir vədi yoxdur ki, ötən 14 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, bu müddət ərzində həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Azərbaycan bu dövrdə inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Tarixə dördgünlük müharibə kimi daxil olan aprel savaşı Bakının son illərdə faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji üstünlüyünü təmin etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı. Təmas xəttində "status-kvo"nun dəyişməsi bölgəni təsir dairəsinə daxil etmək üçün açıq yarışa çıxmış «supergüclər»in Ermənistana yönəlik siyasətlərində də dəyişiklik müşahidə olundu. Aprel zəfərindən sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi bunu bir daha sübut edir.

 

Azərbaycan bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Bu ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması də yeni “Əsrin müqaviləsi” oldu. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. Həmçinin regionun ən böyük nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istismara verilməsi də Azərbaycanın dünyadakı rolunun və nüfüzunu artırmış oldu.

 

Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti illərdə də davam etdiriləcək və qarşıda duran  bütün problemlər həll olunacaq.

 

Baba TAGIYEV,

“İrəli Azərbaycan” İctimai Birliyinin Sədri 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi