Modern.az

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirə edir  

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirə edir    

15 Dekabr 2017, 16:16

Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilir. Modern.az-ın məlumatına görə, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Deputat deyib ki, mətbuatda qeydə alınmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.

“Məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil. Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır. Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır