Modern.az

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

15 Dekabr 2017, 16:38

Bu gün Rusiyanın nüfuzlu «Analitika yuqa Rasii» qəzetinin baş redaktoru, beynəlxalq milli konfliktlər üzrə tanınmış ekspert Yevqeni Mixaylov Azərbaycan Mətbuat Şurasında olub.

 

Qonağı salamlayan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu ona təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası postsovet məkanında medianın özünütənzimləməsini həyata keçirən ilk təşkilatdır. Şuranın fəaliyyəti ictimai qınağa əsaslanır.

 

MŞ sədrinin müavini həmçinin bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət nəzarəti 1998-ci ildə aradan qalxıb və bu cəhət medianın özünütənzimləmə qurumu kimi Şuranın üzərinə böyük məsuliyyət qoyur. U.Rəhimoğlu mövcud xüsusdakı bir sıra xarakterik cəhətlər barədə mulamat verib. O, eyni zamanda Şuranın dünyanın, o cümlədən postsovet məkanının bir sıra nüfuzlu media təşkilatları ilə əlaqələrindən danışıb. Bu xüsusda Azərbaycan həqiqətlərinin təbliğinin də başlıca missiya olduğuna diqqət çəkib.

 

Y.Mixaylov həm jurnalist, həm də hüquq müdafiəçisi kimi Rusiyanın Rostov vilayətində fəaliyyət göstərir. Həmin vilayətin Stavrapol, Krasnadar, Armavir şəhərlərində ermənilərin say üstünlüyünə malikdirlər və bundan sui-istifadə edirlər. Onlar özbaşınalıqları müxtəlif idarəçilik orqanlarında təmsil olunmaqla da həyata keçirirlər. Y.Mixaylov əsasən bu sayaq xoşagəlməz hallara, o cümlədən bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına qarşı media müstəvisində və ictimai sektorda fəal mübarizəsi ilə fərqlənir. Qonaq görüşdə bu istiqamətdəki fəaliyyətindən geniş söz açıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. U.Rəhimoğlu Y.Mixaylova Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...