22 iyun 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi +
15.12.2017, 16:41

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Goranboy rayonunda həyata keçirilən layihə uğurla  yekunlaşıb.

 

Modern.az-ın məlumatına görə, layihə çərçivəsində rayonun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər Goranboyda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.

 

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboy rayonunda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb. 

 

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb:  “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 170 kənddə yeni su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulmuşdur. Artıq kəndlərdə tikinti-quraşdırma işləri  yekunlaşıb və kəndlərin böyük bir hissəsinə suyun verilməsi təmin edilib. 2018-ci ildə respublikanın digər kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün araşdırmalar davam etdirilir”. 

 

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, uzun illər idi ki, subartezian quyularının suyundan istifadə edirdilər. Son illər subartezian quyularının məhsuldarlığının azalması su təminatında çətinliklər yaradırdı. Buna görə əhali içməli suya olan tələbatını uzaq məsafədə yerləşən artezianlardan və bulaqlardan ödəmək məcburiyyətində qalırdı. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

 

Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndlərini, həmçinin Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib. Kəndləri  keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Murovdağ-Goranboy magistral su xətti seçilib. Magistral kəmərdən Abbasqulular və Veyisli kəndlərinə, həmçinin Veyisli məcburi köçkün şəhərciyinə su xətləri çəkilib. Rayonun Veyisli və Abbasqulular kəndlərində 8,6 km uzunluğunda kənddaxili su xətləri çəkilib və ümumi istifadə üçün 13 ədəd bulaq quraşdırılıb. 

 

Veyisli məcburi köçkün qəsəbəsində isə hər bir fərdi yaşayış evi içməli su ilə təmin olunub. Belə ki, qəsəbədə yaradılmış paylayıcı şəbəkə vasitəsilə 600 ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunublar. Bununla yanaşı,  kəndin yaxınlığında heyvandarlıqla məşğul olan əhali üçün əlavə layihə işlənib, 7 bulaq qoyularaq suyun verilməsi təmin edilib.

 

Goranboy rayonunda icra olunan layihə çərçivəsində 3 yaşayış məntəqəsində 5 minə yaxın yerli sakin və məcburi köçkünün içməli su problemi həll edilib. Ümumilikdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 270 mindən artıq sakin faydalanır.

 

Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 

 

2013-cü ildə təmas xəttinin yaxınlığında yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində içməli su layihəsi icra edilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy  magistral su xəttindən Tapqaraqoyunlu kəndinə  14 km magistral su xətti çəkilib, hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Eyni zamanda müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılaraq 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)