Modern.az

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

15 Dekabr 2017, 17:10

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsində deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılmasını nəzərdə  dəyişiklik layihəsinin detallarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, komitə sədri parlamentin bu gün keçirilən iclasında deyib ki, Konstitusiyaya edilən dəyişiklikdən sonra etik davranış qaydalarının kobud pozulması ilə bağlı Milli Məclisin müvafiq qurumunun qərarı mövcuddursa, bundan sonra Mərkəzi Seçki Komissiyasının bu faktları araşdırması ciddi görünmür.

 

"Çünki məsələ ixtisaslaşmış qurum olan Milli Məclisin İntizam Komissiyasında müzakirə olunubsa, qərar qəbul olunubsa, bunun yenidən araşdırılması düzgün olmazdı. Bununla bağlı yeni variant hazırlandı. 175.3 maddənin 2-ci cümlə belə təklif olunur:

 

"MSK-nın bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellasiya şikayəti verilə bilər".

 

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda bu hallarla bağlı MSK-ya parlamentin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq MSK həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə, "MSK tərəfindən faktların 2 aydan gec olmayaraq müddətdə araşdırılması mütəxəssislərdən ibarət qrupların yaradılması" fikirləri çıxarılıb.

 

 

176.4-cü maddəyə 2-ci cümlə əlavə edilib. Deputatın mandatdan məhrum edilməsi haqqında MSK-nın qərarından məhkəməyə şikayət verildiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə baxılan işin nəticələrindən asılı olaraq təyin olunur.

 

Yəni, deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz, seçki keçirilə bilməz. Belə fikirlər səslənirdi ki, nə üçün deputatın mandatının ləğv edilməsinə MSK tərəfindən baxılmalıdır.

İntizam Komissiyası qərar qəbul edirsə, MSK-nın hər hansı bir araşdırma aparması üçün lüzum yoxdur”.

 

Dəyişiklik səsə qoyularaq qəbul edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi