Modern.az

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

15 Dekabr 2017, 17:21

Böyük 20-lik ölkələri Gənclər Assosiasiyasının komissiya üzvü, Ankara Universitetinin Hüquq Elmləri üzrə Doktorantı Təbriz Raufoğlu 19-22 dekabr  tarixləri Almaniyanın paytaxtı Berlində keçirilən “Berlin Diplomatiya Konfransı”nda iştirak edəcək.

Təbriz Raufoğlu Modern.az-a bildirib ki, tanınmış ictimai-siyasi xadimlərin, akademik çevrələrdən nümayəndələrin iştirakı ilə keçiriləcək konfrans 4 gün davam edəcək.

 

O bildirib: “Konfrans çərçivəsində Belçikanın keçmiş Baş naziri Yves Leterme, Eks Finlandiya Prezidenti Tarja Halonen, Albaniyanın sabiq dövlət başçısı Bujar Nishani, Avropa Parlamentinin üzvü Alojz Peterle, Bolqarıstan Metropoliten Universitetinin rektoru Dragan Domazet və digər nüfuzlu sabiq dövlət və hökumət başçılarının, siyasətçilərin məruzələri dinləniləcək. Fərqli mövzularda panel müzakirələr təşkil ediləcək”.

 

Təbriz Raufoğlu əlavə edib ki, səfəri çərçivəsində Avropa Parlamentinin üzvləri, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, UNESCO-nun Beynəlxalq Təhsil Bürosunun Direktoru xanım Mmansetsa Marope ilə görüşəcək və fikir mübadiləsi aparacaq.   

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi