22 aprel 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Milli Məclisin bu gün keçirilən iclasında bir mənzilin bir neçə şəxsə satılmasının qarşının alınması məqsədi ilə Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, Mülki Məcəllənin 178-ci (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) maddəsinə yeni-178.8-ci bəndi yeni redaksiyada verilir.

 

Bəndə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu məcəllənin 39-cu (Podrat) fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi sayılır.

 

Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisibi başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəsini əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin və ya həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

 

Bundan başqa, məcəlləyə yeni 144-1-ci (Tikintisi başa çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri) maddəsi də əlavə edilir.

144-1.1 Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.

 

144-1.2.Mülkiyyətdəki torpaq sahəsində tərkib hissələrdən iarət binanın tiintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulan qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edilə bilər.

144-1.3.Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən, yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verilə bilər. 144-1.4.Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.

144-1.5.

Bu məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu patların alqı-ösatqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci (Torpaq sahəsi barədə təminat qeydinin aprılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəlarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılan şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir) maddəsində nəzərdə tutulan razılıqları, habelə bu məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılan şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.

 

144-1.6 Xeyrinə təminat qeydi aparılan şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilən müqavilə əsasında üçüncü şəxsə ötürülə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud həcmi və həmin həcmdə ötürülməsi, aparılan təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olan həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən sonra dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrində, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılan təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır.Bu dəyişiklik tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi üçündür.

 

Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi) maddəsinin 144.2-1-ci bəndi yeni redaksiyada verilir. Bəndə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyesteri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.

144.3-cü bnədə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

 

Məcəllənin 144.5-cü bəndi də yeni redaksiyada verilir. Belə ki, Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Bu dəyişiklik də bir mənzilin bir neçə şəxsə satılmasının qarşının alınması məqsədi ilə edilib. Məcəllənin 648-ci (Daşınmaz əşyaların alqı-satqısı zamanı tərəflərin vəzifəsi) maddəsinə yeni bənd əlavə edilir. Əlavəyə əsasən, alqı-satqı müqaviləsinin predmeti digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulan şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Məcəlləyə əlavə edilən 770-1-ci (Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzd) ödənilməsi) maddəsinə əsasən, Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız bu şərtlər mövcud olduqda tələb edilə bilər. 1.Bu məcəllənin 144-1.4-cü (Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəcslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır) maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə, 2.Daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılıbsa, 3.Bu məcəllədə müəyyən müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tə.rkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərtilə aparıla bilər:

1.Torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi,

2.Tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra-müqavilə məbləğinin 10 faizi, dam səthlərinin və navalçalarının (novların) qurulması işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 8 faizi,

3.İstilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

4.Su xətlərinin çəkilməsi başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

5.elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra-mqavilə məbləğinin 3 faizi,

6.Pəncələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

7.Daxili suvaq işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 6 faizi.

8.Birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra-müqavilə məbləğinin 3 faizi,

9.Fasad işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

10.Su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra-müqavilə məbləğinin 9 faizi,

11.Bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra-müqavilə məbləğinin 5 faizi. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı
22.04.2018, 17:40

Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”
22.04.2018, 17:24

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb
22.04.2018, 17:15

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb

Burundidə partlayış, ölən və xasarət alanlar var
22.04.2018, 17:02

Burundidə partlayış, ölən və xasarət alanlar var

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı
22.04.2018, 16:36

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
22.04.2018, 15:55

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb
22.04.2018, 15:33

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib
22.04.2018, 14:50

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni baş nazirə görə çox şad oldu”
22.04.2018, 14:36

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni baş nazirə görə çox şad oldu”

Sabahın HAVASI
22.04.2018, 14:16

Sabahın HAVASI

Metroda intihar edən qadının kimliyi məlum olub 
22.04.2018, 14:13

Metroda intihar edən qadının kimliyi məlum olub 

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı
22.04.2018, 13:23

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”
22.04.2018, 13:20

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”

Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO
22.04.2018, 12:05

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”
22.04.2018, 11:54

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
22.04.2018, 11:30

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI
22.04.2018, 10:55

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI

İki nəfər dənizdə batıb - SUMQAYITDA
22.04.2018, 10:36

İki nəfər dənizdə batıb - SUMQAYITDA

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi
22.04.2018, 10:32

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

Sarkisyan istefa şərtlərini AÇIQLADI
22.04.2018, 10:02

Sarkisyan istefa şərtlərini AÇIQLADI

Oğuz silkələndi
22.04.2018, 09:53

Oğuz silkələndi

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR   
22.04.2018, 09:48

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR  

Abituriyentlər bu gün imtahan verir
22.04.2018, 09:47

Abituriyentlər bu gün imtahan verir

Ermənilər atəşkəsi 97 dəfə pozub
22.04.2018, 09:45

Ermənilər atəşkəsi 97 dəfə pozub

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
22.04.2018, 09:09

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı:
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(9.61%)
İmtahan qiymətləri normalıdr(5.76%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.0%)
İmtahan qiymətləri azaldılmalıdır(3.84%)
İmtahan qiymətləri artırılmalıdır(7.69%)