Modern.az

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   

Aktual

15 Dekabr 2017, 17:38

“Uzun müddətdir ki, insanlardan Mülki Məcəllə və ondan irəli gələn məsələlərlə bağlı bizə müraciətlər daxil olur. Xüsusən də özəlləşdirmə ilə bağlı müxtəlif şikayətlər gəlir. Dünən bizim iclasdan əvvəl Xətai rayonunun Rahib Məmmədov küçəsindən təxminən 40 nəfər sakin Milli Məclisin qarşısına gəlmişdi. Deyirdilər ki, 2014-cü ildə 153 mənzil bir neçə nəfərə satılıb. Həmin MMC-nin rəhbəri də, işçiləri də həbs edilib. Amma bu məsələdə hər ikisi zərərçəkmiş tərəf sayılır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin bugünkü iclasında çıxış edərkən deyib. Komitə sədri bildirib ki,  Ağır Cinayətlər Məhkəməsindəki proseslərdə də hər iki tərəf zərərçəkmiş kimi tanınıb

F.Muradov bildirib ki, eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan mexanizm yaradılması çox müsbət haldır.

“Əvvəllər mənzil satışı zamanı bir çox problemlər yaranırdı. Amma Mülki Məcəlləyə dəyişiklik bu problemlərin həllini nəzərdə tutur”.

Deputat qeyd edib ki, bu gün əsas məsələlərdən biri də insanların mülkə sahib olmasıdır.

“Bu istiqamətdə də çoxlu islahatlar aparılır. Bildiyimiz kimi, sahibliklə və özəlləşdirmə ilə bağlı məsələlər elektronlaşdırılıb. Biz növbəti illərdə bu qanunun predimentinə baxa bilərik. Bu istiqamətdə görülən işlər eyni zamanda həm sahibkarın, həm dövlət qurumunun məsuliyyətini bərabərləşdirməlidir. Tikinti məsələsi hər yerdə problemlidir. Dünyanın hər bir yerində tikinti məsələsi çox böyük problemlər yaradır. Amma təcrübə onu göstərir ki, qanunun aliliyi dəqiqliyinə qədər həyata keçirilən yerlərdə insanlar belə problemlərlə üzləşmirlər”.

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


Mülki Məcəlləyə dəyişiklik mənzil satışı zamanı bir çox problemlərin həllini, o cümlədən bir məzilin bir neçə nəfərə satılmasının qarşısının alınması məqsədi daşıyır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi