Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilib.
Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Komitə sədri bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilib.
Maddədə qeyd olunub ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
Dəyişiklik 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.