Modern.az

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

Aktual

15 Dekabr 2017, 20:52

Cəlilabad rayonunda evdən 5 min manatlıq qızıl əşyalar oğurlanıb. Modern.az “Report”a istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən şəxs saxlanıb.

 

Belə ki, Cəlilabad rayon sakini Aygün Nəzirova polisə ərizə ilə müraciət edərək kirayədə qaldığı evin pəncərəsinin sındırılaraq oradan ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İsti izlərlə aparılan araşdırmalar nəticəsində hadisəni törədən rayon sakini Ənvər Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Bu zaman onun oğurlayaraq gizlətdiyi ümumi dəyəri 5 min manata yaxın olan qızıl-zinət əşyaları maddi sübüt kimi götürülüb. Araşdırmaların gedişində saxlanılan şəxsin bir müddət əvvəl digər rayon sakini Əbülfət Ağakərim oğlu Hacıyevin də evinə girməklə oradan 3 min manat pul və mobil telefon oğurladığı məlum olub.

 

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır