Modern.az

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

15 Dekabr 2017, 21:31

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Modern.az xəbər verir ki, keçirilən iki oyunla bütün yarımfinalçılar bəllli olub. 1/4 finalın bu gün keçirilən cavab oyununda “Səbail”i məğlub edən “Qəbələ” “Neftçi”yə rəqib olub. “Qırmızı-qaralar” evdə 1:0, səfərdə 4:2 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.

 

Digər görüşdə  isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. Beləliklə, son üç mövsümdə "qızıl dubl" edən "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.

 

Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi