Modern.az

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

Dünya

15 Dekabr 2017, 21:57

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin acınacaqlı sosial vəziyyəti bir qədər də ağırlaşıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yazıb.

 

Yazıda qeyd olunub ki, bölgədə çörəyin və başqa gündəlik tələbat mallarının qiyməti bir neçə dəfə qalxıb.

 

Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistanda da çörək və başqa gündəlik tələbat mallarının qiyməti artıb.

 

Qəzetin yazdığına görə, 2018-ci il yanvarın 1-dən ya çörəyin çəkisi azalacaq, ya da bu məhsul bahalaşacaq. Hazırda Ermənistanda bir çörəyin qiyməti 0,53 dollar, bir litr süd 1,01 dollar, 12 ədəd yumurta 1,32 dollar, toyuq ətinin bir kiloqramı 4,26 dollardır. Yanvar ayından isə bu məhsulların hamısının qiymətinin qalxacağı gözlənilir.

 

“Sosiometr” sosial araşdırma mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan bildirib ki, Ermənistanda hər on ailədən biri ac yatır: "Ölkədə il ərzində apardığımız araşdırmaya əsasən, ailələrin 10 faizi ac yatır. Sözsüz ki, Yeni ildə gözlənilən bahalıq vəziyyəti daha da ağırlaşdıracaq”.

 

Ermənistanın rəsmi statistikasına əsasən, ölkədə yoxsulların ümumi sayı 900 min nəfərdir. Onların 310 min nəfəri çox yoxsul, 60 min nəfəri isə olduqca yoxsuldur.

 

Mütəxəssislər hesab edirlər ki, öz əhalisinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilməyən Ermənistan hakimiyyəti və onun havadarları Azərbaycan topaqlarını işğal altında, oradakı erməniləri isə girov saxlayır.

 

Erməni ekspertlər bildiriblər ki, 2018-ci il yanvarın 1-dən ölkədə 800-dən artıq məhsulun qiyməti artacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır