Modern.az

Gələn il birrəqəmli inflyasiya olacaq

Gələn il birrəqəmli inflyasiya olacaq

15 Dekabr 2017, 22:16

"2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 - 4% arasında dəyişə bilər". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".

 

Məlumatda bildirilir ki, gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq. Ölkədə həyata keçirilən makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahəsi daha da genişlənib. Görülən tədbirlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır