Modern.az

Ata içki süfrəsində oğlunun qanını tökdü

Ata içki süfrəsində oğlunun qanını tökdü

15 Dekabr 2017, 23:41

Bu gün axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, “MTS” yaşayış massivinin Y.Qaqarin küçəsində yaşayan 27 yaşlı Ziyad Zeynalov atası Babaş Zeynalov tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan Ziyad Zeynalov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

 

Hadisənin içki süfrəsi arxasında tərəflər arasında yaranmış  mübahisə zəminində baş verdiyi deyilir. Hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı Babaş Zeynalov saxlanılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?