Modern.az

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Dünya

15 Dekabr 2017, 23:54

“Koreya Xalq Demokratik Respublikası kimin nə dediyindən asılı olmayaraq ən qüdrətli hərbi və nüvə dövləti olmaq üçün qələbə ilə irəliləyəcək. Şimali Koreya ən güclü nüvə dövləti olmaq niyyətindədir”. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Ça Son Nam bildirib.

 

Ça Son Nam BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Şimali Koreya digər ölkələrin maraqlarını pozmur: “Nüvə silahının mövcudluğu yalnız özünümüdafiə və bölgədə təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir”.

 

Şimali Koreya diplomatının çıxışından sonra ABŞ-ın dövlət katibi Reks Tillerson, Yaponiyanın baş naziri Taro Kono və Cənubi Koreya rəsmisi Ço Hun ölkələri adından KXDR-in nüvə statusunu tanımadıqlarını bəyan ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar