15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR
Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR +
16.12.2017, 08:50

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz digərlərindən fərqlənir. Müsahibəni oxuduqca,  özünüz həmin fərqi hiss edəcəksiniz. Müsahibimiz Həcər Səmədova dərs demək üçün Şəkinin Baş Göynük kəndindən cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məcburi köçkünlər üçün salınan qəsəbəsinə gedərək, coğrasiya fənnini tədris edir.

Gəlin, həmən söhbətə keçək:

 

Əvvəlcə, sizi tanıyaq…

 

- Mən Səmədova Həcər Mirzəli qızı Şəki rayonu Baş Göynük kəndində dünyaya gəlmişəm. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının məzunu olmuşam. Həmin il müəllimlərin işə qəbul imtahanında iştirak edərək, müəllim adını qazanmışam.

- Müəllim adını qazanıb çox maraqlı bir seçim etdiniz: Füzuli rayonunun Qayıdış qəsəbəsindəki məktəbi seçdiniz. Bu seçim haradan qaynaqlandı? Valideynləriniz bunu necə qarşıladı?


- Könüllü olaraq Füzuli rayonunda məcburi köçkünlər üçün salınan Qayıdış qəsəbəsindəki orta məktəbi seçdim. Bildiyimiz kimi, bu rayonun çox hissəsi erməni işğalı altındadır. Qarabağ bizim sağalmaz yaramızdı. Necə ki, igid oğullar cəbhə bölgəsində, təmas xəttində Vətənin keşiyində durur, eləcə, mən də Vətənimin qızı olaraq cəbhə bölgəsində müəllimə işləmək, şagirdlərimizə təhsil vermək, elm öyrətmək qərarına gəldim.

Burada işləmək istədiyimi əvvəlcə valideynlərimə bildirdim. Füzuli cəbhə bölgəsi olduğu üçün valideynlərim əvvəlcə buna razı deyildilər. Sonradan mənim işləmək həvəsimi görüb razılaşdılar.


- Buradakı ilk dərs gününüzü necə xatırlayırsınız? Yerli sakinlər  sizdə nə kimi təəssüratlar yaratdı?

- İlk dərs günündə çox həyəcanlı və sevincli idim. Çünki mən də artıq bir müəllimə kimi məktəbə gedirdim. Artıq mənim də məktəbdə dərs dediyim şagirdlərim olacaqdı. Məktəbin həyətinə daxil olanda məni ilk olaraq direktor Zahid müəllim qarşıladı. İlk baxışdan çox ciddi adama bənzitdim, amma mənimlə çox xoş rəftar etdi. Məktəbdə coğrafiya müəlliminə çox ehtiyacın olduğunu bildirdi. Dedi ki, “bu məktəb üçün müəlliməsən, mənim isə qızımsan”. Sonra dərs deyəcəyim siniflərə getdim. İlk dərsim VII a sinfində idi. Sinfə daxil olanda şagirdlər artıq məni ayaq üstə gözləyirdilər. Salamlaşdıq. Uşaqların üzündə təbəssüm görürdüm. Sevinirdilər, çünki onların coğrafiya müəllimləri yox idi.

Şagirdlərə əvvəlcə özüm haqda məlumat verdim, onlar üçün neçə rayon keçərək gəldiyimi bildirdim. Əvəzində söz verdilər ki, onlar da gündəlik dərslərə həmişə hazır olacaqlar. Şəkili olmağım onlara çox maraqlı gəldi. Çünki ləhcəm o qədər də hiss olunmurdu.



- Bəs, ev məsələsini necə həll etdiniz? Ucqar kənd müəllimi üçün əsas problemlərdən biri də budur.


- Ev tapmaq üçün məktəb direktoruna müraciət etdim. Direktor Zahid müəllim mənə qəsəbə sakini Eldar Məmmədovun evini məsləhət gördü. O, su idarəsində işləyir. Beləcə, onun evində yaşamalı oldum. Bu ailəni tanıdıqdan sonra qərara gəldim ki, mənim artıq bir yox, iki ailəm var; biri Şəkidəki ailəm, biri isə buradakılar - Eldar dayı ilə Yazgül xala… Çünki öz ailəmdə gördüyüm qayğını eynilə burada da görürəm.

Mən də  bu iki insanı çox sevirəm. Həm onlara, həm qəsəbəyə, həm də buranın insanlarına çox alışmışam. Hamısı mehriban və xoşrəftar insanlardı. Qaldığım evin hər şəraiti var. Həyəti də çox gözəldir. Yazgül xala çörəyi təndirdə bişirir. Hərdən mən də ona kömək edirəm.


- Dərsdən qayıtdıqdan sonrakı saatlarınız necə keçir? Çox sevdiyiniz bu iki insana kənd, ev işlərində kömək edirsiz?

- Həftədə 20 saat dərsim olur. Çalışıram ki, dərsdən evə gələndən sonra həm özüm dincəlim, həm də Yazgül xalaya bəzi ev işlərində yardımçı olum. Elə bunun özü mənim üçün çox yaxşı istirahətdir: evə qayıdıram, lazım olduqda ev işlərini görürəm. Ən çox sevdiyim məşğuliyyətlər var ki, onları hər gün edirəm: ev quşlarını yemləyirəm, meyvə yığıram. Dayının qurbanlıq saxladığı iki qoyunu var, onları bəsləyirəm (gülür)… inanın, bu işlər maraqlı olduğu qədər də, insanı rahatlamaq gücündədir.

 


Müəllimə, məktəbin ümumi şəraiti necədir? Məktəb binasında  şagirdlərin normal təhsil amasına mane olan problemlər yoxdur ki?

 

- Məktəbimiz 2003-cü ildən fəaliyyətə başlayıb. Məktəb binasının vəziyyəti, dərslərin keçirilməsi üçün lazımı şərait normaldır. Amma divarlarında zəlzələnin təsirindən bəzi çatlar hiss olunur. İstilik sistemi normaldı. Bir çox ucqar məktəblərdə bu əsas problem olsa da, bizdə belə deyil.

Hə, bir də ucqar kənd məktəblərində bəzən yol problem olur. Uzun məsafə qət etməli olan şagirdlər, həm də pis vəziyyətdə olan yollarla məktəbə gəlirlər. Amma nə yaxşı ki, bizdə bu problem yoxdu. Qəsəbəmizə yeni yol çəkilib.

 

- Yeni salınan qəsəbədə yol, istilik problemlərinin olmaması çox gözəldir. Amma yenə də cəbhə bölgəsində olan bir ərazidir. Bu amil şagirdlərin dərsə münasibət və davamiyyətinə necə təsir göstərir?

- Şəxsən mən burada şagirdlərin təhsillərinə mane olacaq heç bir problem görmürəm. Sosial durum da düşünürəm ki, normaldı. Çünki, ölkə başçısı qəsəbədəki hər bir ailəni evlə, işlə təmin edib.

Şagirdlərin dərsə münasibəti çox yaxşıdır.  Şəxsən mənim fənnimdən dərsə hazır olmayan uşaq demək olar ki, yoxdur.

Davamiyyətə gəldikdə isə bu da normaldı. Yuxarı siniflərdə bir az davamiyyət pozulur. Onlar buraxılış sinfi olduğundan imtahana hazırlaşırlar.


- Amma yenə də təmas xəttinə yaxın bir ərazidir. Siz də əvvəldə dediyiniz kimi, ora ilk növbədə bu məqsələ getmisiniz: əsgərlər cəbhədə xidmət etdiyi kimi, siz də orada dərs deyəsiz…


- Bəli, Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsində yaşayır və burada dərs deyirəm. Qayıdış qəsəbəsi 2003-cü ildə ulu Öndər Heydər Əliyevin qərarına əsasən salınıb. Sakinlər işlə təmin olunub. Qəsəbədə qaz, su, yol problemləri yoxdu. Tək problem bizim bölgədə atəşkəsin tez-tez pozulmasıdır. Ancaq atışma səsləri yerli sakinləri narahat etmir, insanlar artıq öyrəşiblər. İlk günlər atışma səsləri gələndə çox qorxdum. Hətta bir anlıq öz rayonumuza qayıtmağı da düşünmüşdüm. Ancaq şagirdlərim gözümün önünə gəldi. Onların təhsillərini yarımçıq qoya bilməzdim. Artıq indi mən də atışma səsinə öyrəşmişəm.

 


HAŞİYƏ-1:
Füzuli rayonu təmas xəttinə yaxın ərazidə yerləşir. Tez-tez atəşkəs pozulur… Atışma səsləri gəlir… Amma mən artıq qorxmuram. Rahatam. Çünki məndən də irəlidə Azərbaycan ordusunun əsgərləri var… Onlara güvənirəm, bilirəm ki, tezliklə həmin atışma səsləri susacaq…

Bəzən, təsirlənirəm… Qəsəbənin yaşlı ağbirçəklərinin öz aralarında söhbətləri olur. Onlar öz ata-baba yurdlarından danışırlar. 25 ildir ki, torpaqlarına həsrətdilər. Qaçqınçılıq həyatını onların yanında daha yaxşı hiss edirsən. Bu, məni çox təsirləndirir.

 

- Həcər xanım, bəs maaş necə, vaxtında verilirmi? Ümumiyyətlə, maaşın dəyəri sizi qane edir?


- Həftədə 20 saat dərsim var. Ev üçün kirayə haqqı ödəmirəm. Eldar dayı ilə Yazgül xala sağ olsunlar… Buradakı qazancımı elə Şəkiyə-valideynlərimə göndərirəm.


- Gənc kadr kimi dərs prosesində yeni nə kimi metodlardan istifadə edirsiniz?

- Dərs zamanı mövzu ilə bağlı şagirdlər üçün maraqlı suallar hazırlayıram. Bacardığım qədər yeni və diqqətçəkən metodlardan yararlanıram. Paralel siniflər arasında coğrafiyadan bilik yarışmaları keçirirəm. Bu zaman siniflər arasında rəqabət artır. Hər şagird daha artıq çalışır. Mən də qalib gələnlərə hədiyyələr verirəm.



- Bəs, qarşıdakı planlarınız nədir? Hələ ki, burada qalmaq istəyirsiniz?

- Təhsil prosesinin əsas siması müəllimdir. Heydər Əliyev deyirdi ki, “mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Mən də bu yüksək ada layiq olmağa çalışıram. İndi Füzulidə dərs deyirəm. Gələcəkdə ən böyük arzum odur ki, torpaqlarımız işğaldan azad olunsun və mən də Şuşada, Laçında müəllimə işləyim….


HAŞİYƏ-2:
Artıq ikinci ildir ki, burada çalışıram, dərs deyirəm. Demişdim ki, bu il bura qayıtmayacağam. Amma… Qayıtdım! Və.. sentyabrın 15-də, ilk dərs günündə məktəbə yenidən qayıdıb, sinfə girəndə uşaqlar məni ayaq üstə alqışladılar. Partanın üstündə ləçəklərdən hazırlanmış “Həcər müəllimə” sözlərini gördüm. Bir anlıq kövrəldim. Bu, mənim üçün hər şey demək idi…


Epiloq:
İndi yəqin ki, Həcər müəllimənin dərsi bitib…Evinə qayıdıb; Ona valideyn sevgisini əsirgəməyən insanların yanına…Bəlkə də, Yazgül xalaya ya çörək bişirməkdə, ya da quş yemləməkdə kömək edir. Bəlkə də, sabahkı dərsə hazırlaşır. Amma hər iki halda bilir ki, istənilən vaxt atəşkəs pozula, atışma səsləri yayıla bilər. Amma o, heç zaman bundan çəkinməyəcək. Çünki gənc müəlliməni qorxmaz, mərd saxlayacaq bir yazı var: onu ayaq üstə alqışlayan şagirdlərin partaya gül ləçəkləri ilə yazdıqları “Həcər müəllimə” yazısı…

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Hecer Semedova
19.12.2017, 10:32

+

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI   
15.10.2018, 12:06

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI  

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”
15.10.2018, 12:01

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15.10.2018, 11:54

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR
15.10.2018, 11:52

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır   
15.10.2018, 11:51

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır  

Telefon oğrusu tutuldu
15.10.2018, 11:47

Telefon oğrusu tutuldu

İtaliya Avropa İttifaqını çökdürə bilər
15.10.2018, 11:42

İtaliya Avropa İttifaqını çökdürə bilər

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA
15.10.2018, 11:37

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur
15.10.2018, 11:31

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur

Prezident və birinci xanım Lənkəranda
15.10.2018, 11:27

Prezident və birinci xanım Lənkəranda

Bu yolda təmir gedir!
15.10.2018, 11:26

Bu yolda təmir gedir!

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi
15.10.2018, 11:20

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi

Vəzifə tutmaq istəyənlərin nəzərinə!
15.10.2018, 11:13

Vəzifə tutmaq istəyənlərin nəzərinə!

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA
15.10.2018, 11:11

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur
15.10.2018, 11:02

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir
15.10.2018, 10:59

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir

Bakıda akkumulyator oğruları tutuldu - FOTO
15.10.2018, 10:53

Bakıda akkumulyator oğruları tutuldu - FOTO

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018, 10:46

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO
15.10.2018, 10:40

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR   
15.10.2018, 10:34

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR  

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı
15.10.2018, 10:27

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı

Borclu olan 17 nəfər saxlanılıb
15.10.2018, 10:20

Borclu olan 17 nəfər saxlanılıb

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir
15.10.2018, 10:13

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO
15.10.2018, 10:06

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO

ATƏT sərhəddə monitorinq keçirəcək
15.10.2018, 09:59

ATƏT sərhəddə monitorinq keçirəcək

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK
15.10.2018, 09:55

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 
15.10.2018, 09:44

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa   
15.10.2018, 09:42

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa  

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR
15.10.2018, 09:40

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
15.10.2018, 09:34

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Bakının mərkəzində CANLI TƏHLÜKƏ    
15.10.2018, 09:26

Bakının mərkəzində CANLI TƏHLÜKƏ   

Ermənistan atəşkəsi 28 dəfə pozdu   
15.10.2018, 09:21

Ermənistan atəşkəsi 28 dəfə pozdu  

Nazim Hikmətin oğlu ÖLDÜ
15.10.2018, 09:03

Nazim Hikmətin oğlu ÖLDÜ

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi
15.10.2018, 08:42

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi

Yenidoğulmuşun şikayəti
15.10.2018, 08:28

Yenidoğulmuşun şikayəti

Bu gün Millətlər Liqasında IV tur davam edəcək - TƏQVİM   
15.10.2018, 08:13

Bu gün Millətlər Liqasında IV tur davam edəcək - TƏQVİM  

Millətlər Liqasında 7 oyun keçirildi - NƏTİCƏLƏR
15.10.2018, 08:10

Millətlər Liqasında 7 oyun keçirildi - NƏTİCƏLƏR

Manat və dolların bugünkü məzənnəsi
15.10.2018, 08:01

Manat və dolların bugünkü məzənnəsi

Azərbaycanın yeniyetmə güləşçisi Olimpiya çempionu olub
15.10.2018, 01:16

Azərbaycanın yeniyetmə güləşçisi Olimpiya çempionu olub

Türkiyədəki qəzada ölən miqrantların sayı 22-yə çatdı
15.10.2018, 00:21

Türkiyədəki qəzada ölən miqrantların sayı 22-yə çatdı

Badamdardakı sürüşmə zonasında uçqun olub
15.10.2018, 00:02

Badamdardakı sürüşmə zonasında uçqun olub

Əməkdar jurnalist Yusif Kərimov dünyasını dəyişdi   
14.10.2018, 23:43

Əməkdar jurnalist Yusif Kərimov dünyasını dəyişdi  

“Futbolçularımız 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər” – Qurban Qurbanov
14.10.2018, 23:41

“Futbolçularımız 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər” – Qurban Qurbanov

Azərbaycan diasporunun sədri vəfat etdi
14.10.2018, 23:25

Azərbaycan diasporunun sədri vəfat etdi

ARXİV