Modern.az

Astara sakinində 2 kq tiryək aşkarlandı

Astara sakinində 2 kq tiryək aşkarlandı

16 Dekabr 2017, 13:02

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən evdə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

 

Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır