20 iyun 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Cehiz “Karvan” xalçası
Cehiz “Karvan” xalçası
16.12.2017, 13:04

(Hekayə)

... Qardaşı yenə həmişəki kimi darvazanın qıfılını çətinliklə açdı. Qışdan yazadək açar salınmayan qıfıl sanki hər dəfəsində bir müqavimət göstərir, son anadək dizini yerə qoymurdu. Sanki bu paslı qıfıl ortadakı dəmir dilini dişi ilə sıxır, bununla da, öz etirazını büruzə verirdi. Amma onun bu müqavimətinə qardaşı elə də əhəmiyyət vermirdi. Əslində isə, o, Zərifə qədər buna fəlsəfi don geydirmirdi. Nəhayət, darvazanın qıfılı qardaşının gücü qarşısında yenə ram olur. Artıq 2 ildir ki, bu qıfıla açar yazdan yaya salınır, darvaza açılır, yayın müəyyən vaxtlarında həyətdəki səs-küy burdakı məhzun sakitliyi pozur. Zərifə üçün bu həyətə daxil olmaq, burada valideynlərinin izlərini, onların xatirələrini, onlarla bağlı olan və Zərifənin bütün körpəliyinin, uşaqlığının xatirələrini, yaşadığı o xoşbəxt, qayğısız, gözəl illəri yada salmaq ağır və çətindir. Artıq iki ildir ki, Zərifə hər gün, hər saat, hər an ürəyinə basdığı daşın yerini bir az da möhkəmləndirir, sanki üzdə sakit, soyuqqanlı, bəzən acı və ruhsuz görünməklə bu əzaba, bu ağrıya yenilməməyə çalışır. Amma bu, keçici ağrı, ötəri əzab-əziyyət deyil. Bu, ruhun, qəlbin əzabıdır, həm də kövrək, hüzn dolu bir ağrıdır bu...

-         Zərifə, qızım, harda qaldın?

-         Zərifə, tez ol.

-         Zərifə, gör kimdir gələn?

-         Zərifə, qaç qapını aç, atan gəldi

-         Zərifə, gör qardaşın nə deyir?

-         Zərifə, bacına zəng elə gör çatdılarmı?

-         Zərifə, sən mənim ən qoçaq qızımsan

-         Zərifə, sən mənim ağıllı qızımsan

-         Ay qız, Zərifə!

-         Zərifə!...

... Qardaşının səsinə diksindi. Əlindəki çantanı ona uzatmışdı:

- Al, çantan maşında qalıb, içindən bir şey itər, zəhləmizi apararsan – deyərək yavaşça gülümsədi. Gözlərini düz bacısının gözünün içinə zillədi. Bacısının yenə başqa aləmdə, öz dünyasında olduğunu bilirdi. Əslində bəlkə də bu dünyasında onun qədər bacısını anlayan, özü qədər yaxın olan başqa kimsə yoxdu.

- Yuxarı evlərin açarı hanı?

- Buyur – deyib, qardaşı açarların hamısını ona uzatdı. Zərifə açarların içərisindəki bir açarı sanki sığallayırmış kimi ayırdı və barmaqlarının arasında sıxdı. Toz basmış pilləkənləri qalxmağa başladı.

... Əlindəki döşəmə silən taxtanın ucuna doladığı əski parçasını pilləkənə sürtüb həyətdə ipə sərilmiş xalçaları və kilimləri seyr edən anasına tərəf döndü:

- Axı bu pilləkəni kim bu hündürlükdə edib. Belim qırıldı. Bu qədər də pilləkən olar?

Anası fəxrlə gülümsədi:

-         Bax, o pilləkənlərin kənarındakı dəmir barmaqlıqları sənin dayın düzəldib. Mən gələndə bu pilləkənlərin hər iki tərəfi açıq idi. Qorxurdum çıxıb-düşməyə...

-         Eh, çox lazım imiş. Sən bu evi sökdürüb, bu pilləkəni tamamilə ləğv etməliydin. Hələ bir qırağına da məhəccər düzəltdirmisən. 22 dənə də pilləkən olar. Lüdovikin sarayıdır elə bil.

Hər ikisi ürəkdən gülüşdülər. Əllərini böyük ölçülü xalçanın qırmızı, yaşıl, sarı naxışlarının, ilmələrinin üzərində gəzdirən anası dedi:

-         Bilirsənmi, qızım, bu da bir dəb, adətdir. Xalqımız çox istedadlı və yaradıcıdır. Məsələn, sən bizdəki məhəccərin təsvirlərinə eynilə nənəngildə, əmingildə, ya qonşuda rast gəlməzsən. Bir az oxşaya bilər, amma eyni deyillər. Hər dəfə bir başqa təsvirlər olur. Fikir versən, 70-80-ci illərdə eyni qayda ilə, eyni cür formaya malik, qarşısı geniş şüşəbənd olan, aynabəndli daş evlər, balkonlu, məhəccərli evlər tikilib. Bu, bizim xalqımızın həm qurub-yaratmaq eşqini göstərir, həm də xalqımızın bir növ həmin dövr tikinti və arxitektura sənətinin tarixidir.

-         Eh, deyirəm, bu arxitekturanızı az mərtəbəli etsəydiniz nolardı ki? Mən, məsələn, on pilləkən silsəm pis olardı?

Anası guya ciddiymiş kimi, amma gülərək:

-         Heç yaxşı olmazdı – dedi...

... Xatirələri içində gəzdirə-gəzdirə qapını açıb içəri keçdi, ayaqqabısını çıxarıb aynabəndin ortasındakı xalçanın üstdə dayandı. Divarda atası və anasının böyüdülmüş fotoları olan iki iri çərçivədəki baxışlarla üz-üzə gəldi. Fotolara yaxınlaşıb həmişəki kimi əli ilə hər iki şəklin üstündəki şüşəni sığalladı “Gəldim, baxın, mən yenə gəldim” – deyə pıçıldadı. Bu an özü öz səsini güclə eşitsə də, sanki ünvana çatdı. Şəkildən iki cüt mehriban simadan sevgi dolu baxışları yenə gözünə yığdı Zərifə. Elə bil ki. ayağının altından ilıq bir istilik keçdi. Elə bil ki, ayağının altındakı xalçanı indi hiss etdi. Bu xalçanı Zərifə universitetdə oxuyanda almışdı anası. Aynabənd üçün. Həmişə aynabəndin pərdələrini dəyişir, yeni bəzəkli, təsvirli, müxtəlif tül və parçalardan ibarət pərdə ilə başdan-başa şüşəbənd olan bu uzun və geniş sahəni xüsusi bəzəyirdi anası. Yerə başdan-başa xalça, kilim döşəyirdi. Kiçik ölçülü palazları qapının kandarına sərərdilər. Bu kilim və palazların, xalçaların üzərindəki təsvirlər Zərifə üçün sirli-sehrli, maraqlı bir dünyanın simvolları idi. Uşaqlıqdan sual verməyi xoşladığı üçün həmişə anasından bunların mənalarını, ifadə etdiyi gizli kodları soruşurdu. Nənəsinin toxuyub anasına hədiyyə etdiyi kilimlərin üstündə uzanıb o qədər kitab oxumuşdu ki. Xalçanın üstə qarnı üstə uzanıb oxuduğu kitabın səhifələrinə alnını dayayıb yatdığı vaxtlar da vardı. Xüsusən qış tətili vaxtı bədii ədəbiyyat sarıdan əlinə nə keçsə, oxuyardı. Bəzən xalça üzərində oturub oxuduğu sehrli nağıllar onu həmin nağıllardakı ölkələrə, dövrlərə, qərinələrə aparardı, sanki uçan xalça ilə oraları dolaşıb gələrdi. Qayıdardı doğma, isti ata evinə. Lakin o isti, doğma ab-havanı indi hiss etmirdi. Soyumuşdu hər tərəfi aynabəndin. Bir də Zərifənin gözləri tamam başqa bir xalçanı axtarırdı. Zərifənin uşaqlığından anasının sevimli xalçası “Karvan”ı. İndi bu xalça ona daha çox şeylər danışa bilir, bu xalça daha çox şeylərdən söz açır ona hər dəfə...

-         Ana, bu xalça çox ağırdır. O biri xalça bunun qədər ağır deyil. Bu, həm də qalındır.

-         Onu sənin nənən toxuyub. Öz əlləri ilə. O birisi isə sonra alınıb.

-         Doğurdan? Necə toxuyub?

-         Hana qurub toxuyub. Mənə cehiz vermək üçün.

-         Bəs bu üzərindəkilər nəyi ifadə edir?

-         Karvanı... Adı da elə “Karvan” dır. Üzərindəki naxışları nənən öz əli ilə vurub.

... Aşağıdan qardaşının səsi gəlir:

-         Düşürsən aşağı? Sonra yenə qalxarsan, soyuqdur, orda çox dayanma

-         Yaxşı, gəlirəm

Amma ayaqları onu qapıya doğru deyil, içəridəki otağa aparır. “Karvan” içəridəki otaqda, yükə yaxın yerdə divara söykədilib.

-         “Karvan”ı da düşürüm, ana? Bunu ver aparım öz evimə

-         Yox, olmaz

-         Axı niyə? Mənim olsun da bu xalça.

-         O birisi xalçanı apar. Təzə aldığımı.

-         Yox, bunu istəyirəm

-         Onu verə bilmərəm. Öləndə onun üstə gedəcəm. Öz “Karvan”ımda.

-         Ana, belə danışma.

-         Bilirsənmi, qızım. Bu bizim adət-ənənəmizdir. Xalça xalqımızın maddi-mənəvi irsi olmaqla yanaşı, həm də adət-ənənələrlə, qayda-qanunumuzla, yaşam tərzi ilə bağlıdır. Xalça Azərbaycan xalqının həyatında böyük məna daşıyır. Bizim üçün xalça təkcə istilik vermək, estetik gözəllik bəxş etmək üçün deyil. Qədim zamanlardan analar qızlarına xalça cehiz verməlidirlər mütləq. Xalça sərilməli idi təzə gəlinin otağına mütləq. Bax, o xurcunu görürsən? Onun qotazları, üzərində olan rənglər anamın öz seçimi ilə, öz zövqü ilə mənim üçün hazırladığı xurcundur. Heybə və xurcunlar da, xalçalarımız kimi bizim milli mənəvi irsimizdir.

-         Mən başa düşmürəm, sən müəllimsən, yoxsa xalçaçı?

-         Mən xalça toxuya bilmirəm, amma anamın xalça toxumasının şahidi olmuşam. Xalça toxumadan öncə xalamla anam, bibim buna xüsusi hazırlıq görürdülər. Mən onda uşaq idim. Bilirsənmi, hərdən görürdüm ki, anam xalça toxuya-toxuya kövrəlir, ağlayır. Mənim anam, yəni sənin nənən öz iki subay qardaşını və ərini, yəni sənin babanı, mənim üzünü görmədiyim atamı II Dünya müharibəsi zamanı müharibəyə yola salıb və onların heç biri geri qayıtmayıb. Hərdən elə yanıqlı zümzümə edirdi ki. Hərdən də, çox sevincli otururdu hananın qarşısında. Bunlar hamısı mənim gözümün qarşısında olub. Bu xalça mənə çox əzizdir, anamın əllərinin izi var, onun hədiyyəsidir. Mənim cehizim bu evə gələndə həmin xalça cehizimin içində olub. Bax, o kilimlər var ha, onları da anam mənə cehiz verib.

... Divara söykədilmiş xalçaya yaxınlaşdı, əlləri ilə ona toxundu, sığalladı, xalçanın bükülmüş yerlərindəki naxışların üzərində ehmalca barmaqlarını gəzdirdi. Hər dəfəsində sanki anasını hiss edirdi, ona toxunurdu. Sanki istilik barmaqlarının ucu ilə süzülərək əllərindən bütün bədəninə yayıldı. Hər tərəf isindi. Elə bil ki, hardansa bir işıq otağın içərisinə yayıldı, ətrafı aydınlatdı. Hər şey əvvəlki kimi idi, uşaqlıqdakı kimi. Naxışların sehri onu məhrəm, doğma, isti bir sığınacağa aparmışdı sanki. Bir anlıq fərəhi saniyədəcə keçdi. Özünə gələndə hər iki əli ilə xalçanı qucaqladığını, sinəsinə sıxdığını hiss etdi. Gözündə gilələnən yaşlar yanağından aşağıya doğru süzüldü. Dodağının altda pıçıldadı: “Anamın “Karvan”ı”...

Əli ilə gözünün yaşını silib aynabəndə döndü. Anasının fotosuna yaxınlaşdı. Dodağını fotonun üstündəki şüşəyə yapışdırdi. Soyuq idi. İsti səhralarda lövbər salan karvanlardan qopan, nənəsinin əllərinin məhrəm, doğma nəfəsini özündə saxlayan, anasının cehiz “Karvan”ının istisi isə canına hopmuşdu.


Zeynab Kazımova
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi,
Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təbiətə zərər verənlərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
20.06.2018, 09:40

Təbiətə zərər verənlərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”   
20.06.2018, 09:39

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”  

Ermənistan atəşkəsi 87 dəfə pozdu
20.06.2018, 09:33

Ermənistan atəşkəsi 87 dəfə pozdu

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək
20.06.2018, 09:27

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.06.2018, 09:23

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Azərbaycanda daha 25 şübhəli saxlanılıb
20.06.2018, 09:21

Azərbaycanda daha 25 şübhəli saxlanılıb

Arif Əliyev: “Elçibəyin məndən inciyib-incimədiyini o dünyada özündən soruşacağam” - MÜSAHİBƏ
20.06.2018, 09:06

Arif Əliyev: “Elçibəyin məndən inciyib-incimədiyini o dünyada özündən soruşacağam” - MÜSAHİBƏ

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı
20.06.2018, 00:56

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı

Qriqoryana iki aylıq həbs verildi
20.06.2018, 00:33

Qriqoryana iki aylıq həbs verildi

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib
20.06.2018, 00:20

İsmayıllıya bir həftədə 5 mindən çox turist gəlib

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı
19.06.2018, 23:57

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı

Bakının iki rayonu susuz qalacaq
19.06.2018, 23:45

Bakının iki rayonu susuz qalacaq

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir
19.06.2018, 23:18

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu
19.06.2018, 22:57

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu
19.06.2018, 22:41

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı
19.06.2018, 22:22

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı

İŞİD liderlərindən biri də məhv edildi
19.06.2018, 22:11

İŞİD liderlərindən biri də məhv edildi

Azərbaycan nefti bahalaşıb
19.06.2018, 21:59

Azərbaycan nefti bahalaşıb

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR
19.06.2018, 21:46

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR

Ağsuda 20 yaşlı qız intihar etdi
19.06.2018, 21:29

Ağsuda 20 yaşlı qız intihar etdi

Erməni hərbçilər qəzaya düşdü
19.06.2018, 21:19

Erməni hərbçilər qəzaya düşdü

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO
19.06.2018, 21:02

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI
19.06.2018, 20:39

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü
19.06.2018, 20:28

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR
19.06.2018, 20:17

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı
19.06.2018, 20:02

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO
19.06.2018, 19:37

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu
19.06.2018, 19:04

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Nazir zəhərlənən pambıqçıların yanına getdi
19.06.2018, 17:48

Nazir zəhərlənən pambıqçıların yanına getdi

19.06.2018, 17:40

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi - Oyunların dəqiq vaxtı məlum oldu - YENİLƏNİB

Çin və Şimali Koreya liderləri görüşdü
19.06.2018, 17:38

Çin və Şimali Koreya liderləri görüşdü

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək
19.06.2018, 17:24

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi
19.06.2018, 17:17

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018, 17:07

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü

İtaliyada 60-a yaxın mafioz tutuldu
19.06.2018, 16:55

İtaliyada 60-a yaxın mafioz tutuldu

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.2%)
Braziliya(20%)
Almaniya(12.3%)
İngiltərə(4.76%)
Portuqaliya(13.3%)
İspaniya(5.71%)
Fransa(4.76%)
Belçika(1.90%)
Seneqal(2.85%)
Rusiya(19.0%)