Modern.az

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   

16 Dekabr 2017, 13:58

Ötən axşam Rusiyanın ORT televiziya kanalında yayımlanan “Pole çudes” verilişi Beynəlxalq Çay Gününə və verilişin rəsmi sponsoru olan “Azərçay” şirkətinə həsr olunub.

Modern.az xəbər verir ki, şouda Azərbaycanın ayrı-ayrı şəhərlərinin sakinləri ilə yanaşı, tanınmış Azərbaycan prodüseri və əfsanəvi “Parni iz Baku” komandasının üzvü Murad Dadaşov da iştirak edib. O, verilişin aparıcısı Leonid Yakuboviçə müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan nefti və üstündə “Qarabağ” sözü yazılmış idman maykası bağışlayıb.

M.dadaşov Leonid Yakuboviçə məşhur Azərbaycan mürəbbələri də hədiyyə edib və ona Azərbaycana iyul ayında etdiyi səfəri xatırladıb. Azərbaycanlı şoumen “Qarabağ” klubunun UEFA Çempionlar Liqasında oynayan bütün oyunçuların imzaladığı topu və xüsusi formanı Yakuboviçə təqdim edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi