Modern.az

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

16 Dekabr 2017, 15:49

Dünyaca məşhur İsveç geyim firması Hennes və Mauritz (H&m) ilin son rübündə dövriyyədə 4 faizlik bir itkinin  meydana gəlməsi səbəbilə bəzi qənaət tədbirlərini həyata keçirmək qərarı alıb.

 Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, geyim firmasının  İdarə Heyətinin sədri Karl-İohan Persson Stokholm şəhərində verdiyi açıqlamada bəzi mağazaların bağlanılacağını və daha az sayda yeni mağaza açılacağını bildirib. Persson, müştərilərin başlıca olaraq internetdən alış-veriş etməsi nəticəsində mağazalarda arzu edilən qazancı əldə edə bilmədikləri üçün firmada islahatlar aparılmasının vacib olduğunu qeyd edib.

 Qeyd edək ki, son rübdə firmanın dövriyyəsində  ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 milyard avroluq azalma baş verib. H&m neçə mağazanın bağlanılacağı barədə hələ  məlumat verməyib. H&m-in  dünya üzrə  4553 mağazası var.

Firmanın dövriyyəsi 1998-ci ildən bu yana ilk dəfədir azalır.

Əbülfəz Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir