Modern.az

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   

Aktual

16 Dekabr 2017, 16:17

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Haseka qaçqın düşərgəsində təxminən 750-ə yaxın İŞİD-çinin və “Əl-Nusra Cəbhəsi” üzvlərinin yeni terror qrupuna  təlim keçdiyini iddia edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın “Yeni Suriya Ordusu” nun təşkili üçün işlər gördüyünü və bunun üçün xüsusi təlimlər keçdiyini qeyd edib.

Rusiya Müdafiə Nazirliyi son 6 ayda adı çəkilən düşərgəyə İŞİD və “Əl-Nusra Cəbhəsi” terrorçularının  gətirildiyini əminliklə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ təlimatçılarının hazırlıqları tamamlanandan sonra yaradılan mövcud silahlı qrup hökumətə qarşı mübarizə aparmaq üçün Suriyanın cənubuna göndəriləcək.

 

Nəzrin Cavid

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi