Modern.az

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   

16 Dekabr 2017, 17:32

“Qüdsün Fələstin dövlətinin işğal altındakı paytaxtı elan etmək tarixi bir hadisədir. İnanıram ki, bir gün bu öz təsdiqini mütləq tapacaq”.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bölgə son dövrlərdə olduqca ağrılı günlər yaşayır.

“Türkiyə olaraq istənilən şərt altında böhranların qarşısını cəsarətlə aşmağa çalışırıq. Biz bu işlərin içindəykən görürük ki, günümüzün bugünkü Neronları yeni bir atəş açıblar. İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var. Müsəlman davalarının yeganə qalibi silah tacirləridir. İsrail və ABŞ hökumətləri bugünkü kimi davranırsa, bunun səbəbi müsəlmanlardır. İslam dünyası bu qədər bölünməsəydi, bu hallar baş verməzdi”.


Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər